KÖHNƏ VERSİYA            

Belə yanaşma Mişelin "tərəfsiz vasitəçilik" səylərini sarsıdır - "1 yox, 2 milli azlıq var..."

Image

Abutalıb Səmədov: “Ermənistanın yanında olması heç kəsdə şübhə doğurmur və Qərbi azərbaycanlılara münsibətin kökündə də bu durur”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azadlıq” radiosunda 2023-cü ilin dekabrın 12-də yayımlanmış müsahibəsində etnik və dini əsasda ayrıseçkiliyə yol verib. Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

"Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib.

Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən, şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb.

Avropa İttifaqının bu cür ayrıseçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir.

Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrıseçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır", - qurumdan bildirilib.

Qeyd edək ki,  Şarl Mişel “Azadlıq” radiosuna müsahibəsində sülh sazişində Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə aid ayrıca maddənin  olub-olmayacağı ilə bağlı fakir bildirib: “Mən məsələni qəlizləşdirməmək üçün detallara çox varmaq istəməzdim. Amma indi münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Bu sülh sazişi sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Bu sülh sazişi həm də yaxşı bir çərçivə ola bilər ki, regionda nəqliyyat əlaqələri yaxşılaşsın. Bu, həmin regionda iqtisadi inkişafa müsbət təsir edərdi. Eləcə də başqa ölkələrin, məsələn Gürcüstanın. O ki qaldı Qarabağ ermənilərinə, Avropa İttifaqı bu məsələni hərtərəfli diqqətdə saxlayır, biz bu məsələdə səylər göstəririk. Azərbaycan tərəfini inandırmağa çalışırıq ki, milli azlıqların haqlarının qorunması və beynəlxalq standartlara əməl olunması məsələsində xoş niyyətlərini açıq nümayiş etdirsinlər. Mən səmimi şəkildə inanıram ki, apardığımız bu müzakirələrin nəticəsi olaraq Avropa İttifaqı üçün prioritet olan bir məsələdə irəliləyişə nail ola bilərik”. 

Qərbi Azərbaycan İcması vaxtilə Mişelə müraciət edib ki, azərbaycanlıların da Ermənistana qayıdışına dəstək verilsin. Amma buna baxmayaraq, neçə dəfədir ki, Mişel ermənilərin Qarabağa qayıdış məsələsini qaldırır, amma azərbaycanlıların məsələsini qaldırmır. Halbuki, Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, bu məsələ sülh sazişində bircə yolla əks oluna bilər - ermənilərlə paralel olaraq azərbaycanlıların da qayıdışı olmalıdır, olmazsa, bu, sülh sazişində əks oluna bilməz. Amma Mişel hələ də azərbaycanlıların qayıdış məsələsinə reaksiya vermir. Gördüyünüz kimi, Ş.Mişel “Azadlıq” radiosuna müsahibəsində açıq deyir ki, ya  Qarabağ ermənilərinin qayıtmaq, ya da ən azı turist kimi səyahət etmək, getmək hüquqları olmalıdır. Amma yenə də Qərbi azərbaycanlılar haqda qəti şəkildə danışmır. 

Niyə Qərbi azərbaycanlıların qayıdış məsələsinə toxunulmur, Mişel nə üçün həmişə birtərəfli danışır, erməniləri deyir, azərbaycanlıları demir? Səbəb nədir ki, həmişə belə mövqe tutulur?

“…Qərbi azərbaycanlılarla bağlı məsələni heç müzakirə etmək istəmirlər” 

“Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə bildirdi ki, Ş.Mişelin “Azadlıq” radiosuna verdiyi son müsahibə Azərbaycan-Ermənistan sülh danışıqlarının bugünkü durumuna Qərbin münasibətini nümayiş etdirdi. “Yeri gəlmişkən, müsahibədə bizi sevindirən müəyən məqamlar da oldu.  Qərbin erməni mövqeyində dayanması, erməniləri müdafiə etməsi bizim üçün yenilik deyil, bu həmişə belə olub. Qərb qısa fasilələrlə həmişə Ermənistanı dəstəkləyib. Ancaq Şarl Mişelin “Azadlıq” radiosuna verdiyi müsahibə açıq şəkildə göstərdi ki, Avropa İttifaqı ermənilərin istəklərini rellaşdırmaqda acizdir. Ermənilər nə qədər istəsə də və Qərb də bu istəkləri reallaşdırmağa çalışsa da, sülh sazişində müəyyən erməni istəklərinin yer alması mümkünsüzdür. Şarl Mişel Qarabağdan gedən ermənilərin qayıtmaq hüququndan danışdı, ancaq onu da əlavə etdi ki, heç olmasa turist kimi getmək imkanları olsun. Real olanı da budur. Azərbaycanı tərk etmiş ermənilərin artıq bir hissəsi Ermənistanı da tərk edib. Onların sayı ilk gündən artıq 20 minə yaxınlaşırdı. Sonradan erməni mənbələri  o rəqəmləri səsləndirməkdən imtina etdilər. Ancaq Ermənistan ərazisində qalan Qarabağ ermənilərinin böyük hissəsi, təbiidir ki, geri qayıtmaq istəmir. Yaxud o halda geri qayıtmaq barədə düşünə bilərlər ki, ABŞ-ın və Aİ-nin Qarabağda müəyyən missiyası, yaxud sülhməramlıları olsun. Yalnız bu halda onların bir hissəsi geri qayıtmaq barədə düşünə bilər. Ancaq Azərbaycan buna qəti şəkildə etiraz edir. Geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərin geri qayıtmaq hüququnu Azərbaycan hakimiyyəti tanıyır və onların təhlükəsizliyini də Azərbaycan dövlətinin təmin edəcəyini deyir. Təbii ki, hər hansı kənar qüvvəyə ehtiyac olmadan. Mişelin bu müsahibəsi də göstərdi ki, deysən, bu reallığı Avropa İttifaqı artıq qəbul edib. Ümid edək ki, bu belədir”-deyə bildirən A.Səmədovun fikrincə, ancaq bütün hallarda reallıq ondan ibarətdir ki, Qarabağdan gedən  ermənilərinin böyük hissəsi artıq Qarabağa qayıtmayacaq, Qarabağda onların törətdikləri rəzalət bundan sonra təkrar olunmayacaq. “Şarl Mişel müsahibəsində ermənilərin hüquqlarının təmin olunmasından da danışdı, amma xüsusi qeyd etdi ki, onlar Azərbaycan konstitutsiyasında təsbit olunmuş hüquqlarla təmin oluna bilərlər, bunu Azərbaycan hakimiyyəti etmək əzmindədir. Bu da bizi qane edən məsələdir. Çünki həmişə ermənilər üçün əlahiddə, dünyada heç kimin malik olmadığı hüquqların tanınması təklifləri olub. Azərbaycandan həmişə tələb olunub ki, ermənilər üçün dünyada  heç bir etnik azlığın malik olmadığı üstünlüklər müəyyən olunsun. Ş.Mişelin müsahibəsində maraqlı cəhətlərdən biri də Qarabağ erməniləri ilə bağlı məsələnin sülh sazişində öz əksini tapıb-tapmaması məsələsi oldu. Təbii, ermənilər  istəyirlər ki, sülh sazişində bu  müddəa olsun. Azərbaycan Prezidenti də açıq şəkildə dedi ki, ya Qarabağdan gedən ermənilərin Azərbaycana, azərbaycanlıların isə Ermənistana qayıtması ilə bağlı sülh sazişinə  heç bir müddəa salınmır, bu orada öz əksini tapmır, ya da hər ikisi əks olunur. Şarl Mişelin müsahibəsindən belə nəticəyə gəlmək olar ki, Qərb sülh sazişinə ermənilərin Qarabağa qayıtmaq məsələsini daxil etməmək barədə  Azərbaycanın təklifini qəbul edib. Müsahibədən belə görsənir. Ancaq axıra qədər bu mövqedə dayanarlarmı? Bunu yaxın günlər göstərəcək. Şarl Mişelin müsahibəsi, təbiidir ki, bizdə müəyyən ümidlər yaratdı. Çox güman ki, ermənilərə də müəyyən   məsələləri anlamaqda kömək edəcək. Qərb ədalət mövqeyinə, beynəlxalqn hüququn tələblərinə yaxınlaşmağa cəhd göstərir və ümid edək ki, sona qədər beynəlxalq hüququn prinsiplərinin gözlənilməsinə çalışacaq, erməni mövqeyində  durmaq şakərindən imtina edəcək, anlayacaq ki, beynəlxalq hüquq prinsiplərinin gözlənilməsi, ədalətli mövqenin tutulması sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Sonda Şarl Mişelin müsahibəsində bir cümlə də xüsusi qeyd olunmalıdır. O dedi ki, sülh sazişinin harada imzalanması əsas deyil, əsas məzmundur. Ümid edək ki, Qərb sona qədər bu mövqedə duracaq, bölgəmizi Rusiya ilə qarşıdurma poliqonuna çevirməyəcək və anlayacaq ki, sülh sazişinin imzalanması və onun reallaşması üçün neytral ölkənin seçilməsi, yaxud sazişin sərhəddə imzalanması ən düzgün qərar olardı. Ümid edək ki, Qərb sazişin mütləq onun ərazisində imzalanması şərtini irəli sürməyəcək. Azərbaycan Prezidentinin təklif etdiyi kimi, ya Gürcüstanda, yaxud sərhəddə sülh sazişinin imzalanması variantına dəstək verəcək. Hər halda Şarl Mişelin müsahibəsi bu istiqamətdə müəyyən ümidlər yaratdı. İnanmaq istərdik ki, yenidən Qərb öz mövqelərindən imtina edib danışıqlarda yeni böhran yaratmaq yolunu seçməyəcək”.

Mişelin müsahibəsində Qərbi azərbaycanlıların geri qayıdış hüquqlarının təmin olunması məsələsinə toxunmamasına gəlincə, A.Səmədov “Əslinə qalsa, həmin müsahibədə Şarl Mişel heç bir suala cavab verməyib, suallardan yayınıb. Orada Qarabağa qayıdışla bağlı sual verildiyinə, o suala da çox anlaşılmaz  cavab verdiyinə görə Qərbi azərbaycanlılar məsələsinə toxunmayıb. Ancaq onsuz da biz onların mövqeyini bilirik. Bilirik ki, Avropa İttifaqı da, Birləşmiş Ştatlar da hər addımda Ermənistana dəstək verirlər. Qranadada Azərbaycan olmadan Ermənistanın təklif etdiyi üç prinsipin altından həm Şarl Mişel, həm Almaniyanın kansleri Şolts, həm də Fransa prezidenti Makron qol çəkdi. Onların Ermənistanın yanında olması heç kəsdə şübhə doğurmur və Qərbi azərbaycanlılara münasibətin kökündə də bu durur. Ancaq əsas məsələ odur ki, Şarl Mişel ermənilərin Qarabağa qayıtmaq ehtimalının çox aşağı olduğunu dedi…Burada Şarl Mişelin mövqeyi aydındır. Aydın məsələdir ki,  onlar Qərbi azərbaycanlılarla bağlı məsələni heç müzakirə etmək istəmirlər. Bu məsələni müzakirə etmək istəmədiklərinə görə  də, Qarabağ ermənilərin qayıtması məsələsində də çox təkid etmirlər. Başa düşürlər ki, əks halda Azərbaycan da həmvətənlərimizin geri qayıtmaq məsələsini qalıdracaq, bu da onlar üçün qəbuledilməzdir”-deyə bildirdi.   

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031