Hakan Fidan: "Qərbdəki erməni diasporu bəzi ölkələri Azərbaycana qarşı qoyur"
Ceyhun Bayramovla Cənubi Qafqazdakı məsələləri müzakirə etdik. Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, regionda sülh üçün tarixi fürst yaranıb.
"Hazırda bu fürsət çox güclənib. Bütün tərəflər sülh və sabitlik üçün çalışmalıdır. Təəssüf ki, Qərbdə olan erməni diasporu erməni xalqını istismar edib bəzi ölkələri Azərbaycana qarşı qoyur. Bunlarla məşğul olmaq yerinə erməni xalqının qonşuları ilə normal münasibətlər qurması üçün eneerji sərf etmələri daha yaxşı olar.
44 günlük müharibədən sonra bölgə üçün yeni imkanlar yaranıb. Sülhün olduğu Cənubi Qafqaz hər kəs üçün vacibdir. Regiondan kənar bütün faktorlarda regiondakı balansa uyğun olan və normallaşma prosesinə təşviq edən siyasət yürütməlidirlər.
Azərbaycan-Ermənistan arasındakı son razılaşmanı da yüksək qiymətləndiririk. Bu cür qərarların davam etməsini arzu edirik.
Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik", - deyə o bildirib.