"Prezident İlham Əliyev Azərbaycan və Türk dünyası üçün etdikləri ilə adını tarixə yazıb" - Hakan Fidan
Azərbaycan olan əlaqələrimiz hər il inkişaf edir. Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, son 20 ildə Azərbaycana müxtəlif vəzifələrdə çalışarkən səfər etmək imkanım oldu.
"Ümummilli lider Heydər Əliyevi hörmət və ehtiramla yad edirik. Onun liderliyi və vizyonu Azərbaycana bu gün hər kəsin qibtə etdiyi yolu açıb. Azərbaycan Prezidenti İlham Əliyevin də Qarabağ zəfərindəki liderliyi başda olmaq üzrə Azərbaycan və Türk dünyası üçün etdikləri ilə adını tarixə yazıb", - deyə H. Fidan əlavə edib.
Nazir bildrib ki, Türkiyə və Azərbaycan münasibətlərini hər sahədə daha da qüvvətləndirmək xalqlarımıza qarşı ortaq məsuliyyətimizdir:
"Hər şeydən əvvəl kommunikasiya və enerji xətləri baxımından təhlükəsizlik çox önəmlidir. Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolu Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı imzalanıb. Bu layihəni ən qısa zamanda həyata keçirmək niyyətindəyik. Xəzər neftinin TANAP vasitəsilə Türkiyəyə, oradan isə Avropaya ötürülməsi strategiyamızın əsas ünsürlərindən biridir".