KÖHNƏ VERSİYA            

Azərbaycan Ermənistanla delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın Reqlamentini təsdiqlədi

Image

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

sənədə əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti

1. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya (bundan sonra - Komissiyalar) arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydası.

1.1. İclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri Komissiyaların Sədrləri arasında razılaşma ilə müəyyən olunur.

1.2. İclasların və birgə işçi görüşlərin işçi dilləri rus və ya ingilis dilləridir.

1.3. İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin rəhbərliyi altında keçir.

1.4. İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin razılaşması ilə bir qayda olaraq növbə ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərində və ya Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhədində və ya üçüncü ölkələrin ərazisində və ya videokonfrans formatında keçirilir.

1.5. İclasların və birgə işçi görüşlərin gündəlikləri, nümayəndə heyətlərinin siyahısı (Komissiyaların üzvləri istisna olmaqla) və iclasların və birgə işçi görüşlərin təşkilinin protokol məsələləri Komissiyaların Sədrlərinin razılaşması ilə müəyyən olunur.

1.6. Nümayəndə heyətlərinin tərkibində iştirak edən xarici ekspertlər yalnız nümayəndə heyətlərinin tərkibinə daxil olduqları Komissiyanın adından çıxış edə bilərlər.

1.7. Komissiyaların razılaşması ilə və birgə sorğu əsasında üçüncü tərəflər iclaslarda və birgə işçi görüşlərdə məşvərətçi yardım göstərə bilərlər.

1.8. İclasların və birgə işçi görüşlərin Komissiyalarla təmsil olunan dövlətlərdən birinin ərazisində keçirildiyi hallarda qəbul edən tərəf onların keçirilməsi üçün bütün zəruri şəraiti yaradır, habelə gələn nümayəndə heyətinin bütün üzvlərinin təhlükəsizliyini təmin edir və zəmanət verir.

1.9. Komissiyaların Sədrləri başqa cür razılaşmadıqları təqdirdə iclaslar və birgə işçi görüşlər qapalı rejimdə keçirilir.

1.10. İşçi və razılaşdırılmış sənədlərin layihələri və iclasların və birgə işçi görüşlərin protokolları da daxil olmaqla iclasların və birgə işçi görüşlərin gedişatı və yekunları barədə istənilən məlumat yalnız Komissiyaların Sədrləri arasında ilkin razılaşma olduğu halda üçüncü tərəfə ötürülə bilər.

2. İclasların və birgə işçi görüşlərin yekunları üzrə protokolların tərtib olunması qaydası.

2.1. İclasların və birgə işçi görüşlərin yekunları üzrə yazılı formada iki əsl nüsxədə rus və ya razılaşma ilə ingilis dillərində protokol tərtib olunur.

2.2. Protokol Komissiyaların Sədrlərinin hər ikisi tərəfindən imzalanır.

2.3. Protokolda “Konfidensial” qrifi qoyulduğu halda Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxsləri Sədrlər tərəfindən imzalanmış protokollara hər hansı ictimai, rəsmi istinadlardan çəkinirlər.

3. Kütləvi informasiya vasitələri (bundan sonra - KİV) üçün iclasların və birgə işçi görüşlərin yekunları üzrə məlumatın dərc olunması qaydası.

3.1. Bir qayda olaraq iclasların və birgə işçi görüşlərin yekunları üzrə məzmunu Komissiyaların Sədrləri tərəfindən təsdiq olunan KİV üçün məlumat tərtib olunur və dərc olunur.

3.2. Komissiyalar KİV üçün məlumatın razılaşdırılmış mətnlərini eyni vaxtda dərc edirlər.

3.3. 2.3-cü bənddə nəzərdə tutulmuş hallar istisna olmaqla, Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxslərinin iclasların və birgə işçi görüşlərin sənədlərinə istənilən rəsmi istinadları müstəsna olaraq razılaşdırılmış və təsdiq olunmuş KİV üçün məlumatın hərfi məzmunu ilə məhdudlaşmalıdır.

3.4. Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxslərinin iclasların və birgə işçi görüşlərin yekunları üzrə KİV üçün məlumatın hərfi məzmunundan kənar hər hansı rəsmi istinadları, habelə onların təfsiri və ya şərhi yolverilməzdir və etibarsızdır.

3.5. Komissiyaların Sədrlərinin razılaşması ilə Komissiyaların KİV üçün məlumatının məzmunu qarşılıqlı müəyyən olunmuş məsələlər üzrə fərqlənə bilər.

3.6. Komissiyalar KİV üçün məlumatın məzmunu üzrə razılığa gəlmədikləri təqdirdə qarşılıqlı razılıq ilə Komissiyalar yalnız iclasların və birgə işçi görüşlərin keçirilməsi faktının qeyd olunması ilə məhdudlaşan məlumat dərc edirlər. Bu halda, Komissiya ilə təmsil olunan bir dövlətin vəzifəli şəxsləri öz ictimai bəyanatlarında Komissiya ilə təmsil olunan digər dövlətin iclasların və birgə işçi görüşlərin gedişində hər hansı razılaşmalarına, elanlarına, bəyanatlarına, çıxışlarına və fikirlərinə toxunmaq hüququna malik deyildir.

3.7. Bu Reqlament Azərbaycan Respublikasının və Ermənistan Respublikasının Hökumətləri tərəfindən təsdiq edilir və rəsmi dərc edildiyi tarixdən qüvvəyə minir. Bu Reqlamentin müddəalarının təfsirində fikir ayrılıqları yarandığı təqdirdə rəsmi razılaşdırılıb və bir-birinə göndərilmiş rus dilində olan mətndən istifadə ediləcək.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031