Ermənistanda Paşinyanın istefa verəcəyi xəbərləri yayıldı - hökumət açıqlama yaydı...
Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın hazırlanan istefası və növbədənkənar parlament seçkilərinin təyin edilməsi barədə məlumatları təkzib edib.
"Bəzi müxalifət xadimləri və KİV uzun zamandır növbədənkənar seçkilər barədə yalan məlumat yaymağa çalışırlar. Baş nazirin istefası və növbədənkənar seçkilər barədə söhbət tamamilə yalandır. Belə müzakirələr yoxdur", - Ermənistan baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan sosial şəbəkələrdə yazıb.
Çaxoyanın fikrincə, növbədənkənar seçkilər barədə yalan şayiələrin yayılması «müxalifətin daha sonra hökuməti növbədənkənar seçkilərə getməməkdə günahlandırmaq və yeni bir küçə hərəkatı formalaşdırmağa çalışmaqla bağlı ictimaiyyətin duyğuları ilə oynamaq üçün növəti uğursuz cəhddir”.
TAHİR