"Evdə oturub, başı ağrıyır, gəlir ki, MRT çəkdirmək istəyirəm" - Sədr sığortadan sui-istifadə edənlərdən danışdı
Bəzən vətəndaşlar icbari tibbi sığortadan sui-istifadə edir. Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.
“Evdə oturub, başı ağrıyır, gəlir ki, MRT çəkdirmək istəyirəm. Elə vətəndaş da olub ki, gecə 12-də xəstəxanaya gəlib ki, KT (Kompüter Tomoqrafiyası) çəkdirmək istəyirəm. Ona izah edilir ki, bunun üçün ilk növbədə həkim göndərişi olmalıdır, ikinci məsələ də bunun müəyyən vaxtı olur”, - deyə o bildirib.