Bu il icbari tibbi sığorta ilə neçə min əməliyyat icra olunub?
“İcbari tibbi sığortanın xidmətlər zərfi ilə ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə cərrahi müalicəsi qarşılanır”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.
O qeyd edib ki, dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayında artım müşahidə edilir: “Bu il icbari tibbi sığorta ilə 358 min 772 əməliyyat və prosedur icra olunub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir. Əməliyyatların 74 faizi planlı əməliyyatların payına düşüb.
Mətləb