Rusiya ukraynalı generalı axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu axtarışa verib. Bu barədə Rusiya KİV-i məlumat yayıb. Ukrayna rəsmisinin konkret olaraq hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.
Qeyd edək ki, 2023-cü il aprelin 21-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Budanovu qiyabi həbs edib. O, Krım körpüsündə partlayışa görə məsuliyyət daşımaqda ittiham edilib və Rusiya Cinayət Məcəlləsinin maddələri ilə terrorçuluq və silahdan qanunsuz istifadə maddələri ilə ittiham olunub.
Mətləb