“Qarabağ”– “Neftçi” oyununu bu hakim idarə edəcək
![Image](/uploads/posts/2023-12/ae9fc2c3-bb98-373a-b1ff-3988e86835e2_850.webp)
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun təyinatları bəlli olub. Peşəkar Futbol Liqasının rəsmi saytında yer alan məlumatda deyilir ki, FIFA referilərindən Elçin Məsiyev “Turan Tovuz” – “Zirə”, Rauf Cabarov isə “Səbail” – “Qəbələ” matçını idarə edəcək. “Qarabağ”– “Neftçi” görüşü isə Rəvan Həmzəzadəya tapşırılıb.
Mətləb