Rusiya Odessanı atəşə tutub, dağıntılar var
Bu gecə Odessa vilayəti yenidən atəşə tutulub. Hücum nəticəsində binalara ziyan dəyib, yanğınlar başlayıb, sakinlər, o cümlədən uşaqlar xəsarət alıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Xilasedicilər qeyd ediblər ki, yanğın nəticəsində minik avtomobili və yardımçı tikili yanıb. Yaxınlıqdakı 11 binaya ziyan dəyib.
İlkin məlumata görə, hadisə yerində üçü uşaq olmaqla 11 nəfər xəsarət alıb. Tibb işçilərinin müayinəsindən sonra 3-ü uşaq olmaqla 5 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.
Mətləb