Makron xoruzlara azadlıq verdi - istədikləri vaxt, istədikləri yerdə banlaya bilərlər...
Fransada fermerlər xoruzlarının vaxtından əvvəl banladığı və ya heyvanlarının səs-küy saldığı üçün qonşularına qarşı çoxsaylı iddialar qaldırırdılar. Fransada gündəmi zəbt edən bu hadisələrdən sonra yeni qanun qəbul edilib.
Fransanın kənd ərazilərində xoruzların banlaması, itlərin hürməsi və kənd təsərrüfatı texnikasının səsinə görə şikayətlər çətinləşdirilib.
Fransa parlamenti qonşular arasında münaqişələri məhdudlaşdırmaq və fermerlərə qarşı “zərərli” iddiaların qarşısını almaq üçün qanun layihəsini qəbul edib. Heyvanlar haqqında qanun layihəsi 12 əleyhinə 78 səslə qəbul edilib və səsvermə üçün Senata göndərilib.
TAHİR