çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

İlahiyyat İnstitutu varkən İlahiyyat kollecinə nə ehtiyac var?..

Image


"Azərbaycan İlahiyyat İnstitutu" publik hüquqi şəxsin yanında "Bakı İlahiyyat Kolleci" publik hüquqi şəxs yaradılır. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfərin qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Bakı İlahiyyat Kollecinin yaradılması xəbəri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və əksəriyyət dini təhsil verən kollecin yaradılmasını müsbət qarşılamayıb, bəziləri bunu cahilliyin artmasına səbəb olan amil kimi dəyərləndirilib. Bəziləri qeyd edir ki, ölkədə bu qədər dini təhsilli şəxslər var, amma dini maarifləndirmə aşağı səviyədədir, cəmiyyətdə xurafat baş alıb gedir. Təbii ki, İlahiyyat Kollecinin yaradılması qərarını alıqşlayanlar da az deyil, bunun əhəmiyyətini vurğulayanlar da var. 

Amma bir sıra insanlar bildirirlər ki, ölkədə İlahiyyat İnstitutu olduğu halda İlahiyyat kollecini yaratmağın mənası yoxdur. Bəziləri iddia edir ki, söhbət dini maarifləndirmədən getmir, bu kolleci yaratmaqla kimlər üçünbsə iş yeri açılır. Görünür, kimisə ora direktor qoymaq istəyirlər, ona görə bu addım atılır. İctimaiyyət arasında belə söhbətlər dolaşır. Eyni zamanda çoxları deyir ki, bir tərəfdən elm və təhsil naziri deyir  pedaqoji yönümlü orta ixtisas təhsili müəssisələrini bitirənlərə iş vermirik, bu yandan da dini yönümlü orta ixtisas məktəbi səviyyəsində İlahiyyat Kolleci yaradılır. Bəzi mütəxəssislər deyir ki, orta ixtisas təhsilli din xadimlərinin də sabah özlərinə iş tapması çətinləşə bilər, odur ki, bütün gücü İlahiyyat İnstitunun fəaliyyətini genişləndirməyə vermək lazımdır. 

Elyar İslamoğlu: "Bakı İlahiyyat Kollecinin yaradılması qərarı müsbət qarşılanmalıdır"

Filologiya üzrə fısləfə doktoru Elyar İslamoğlu "Bakı-Xəbər"ə bildirdi ki, İlahiyyat İnstitutunun olmasına baxmayaraq ölkədə xurafat baş alıb gedir: "Bu ondan qaynaqlanır ki, ölkəmizdə din düzgün şəkildə təbliğ edilmir. Dini maarifləndirmə aparmağa məsul olan şəxslərin başı tamamilə ayrı-ayrı məsələlərə qarışıb. Ona görə də gənclər arasında xurafat geniş yayılıb, din tamamilə başqa bir istiqamətə gedib çıxıb. Biz bunu Aşura məraimlərində, Məhərrəmlikdə görürük. Bu halları gündəlik həyatımızda da müşahidə edirik. Xüsusən də kiçik yaşlı qız uşaqlarının başlarının bağlanması, onlar tədrisə cəlb edilməli, məktəbə gönədrilməli olduqları halda tamamilə başqa istiqamətə yönləndirilməsi hallarını görürük. Halbuki, o uşaq özü dini dərk edəndən sonra buna qərar verməlidir.  Uşaqları valideynlər dini məclislərə aparırlar, bu düzgün qarşılana bilməz. Bu, gələcəkdə onların psixikasına da təsir edir. 

Bilirsiz ki, bizim ölkədə zaman-zaman gənclər başqa ölkələrdə dini  təhsil alıblar və bunun da mənfi nəticələrini görmüşük, təəssüf ki, bu gün də görməkdəyik. Hazırda ölkəmizdə sağlam şəkildə dini maarifləndirmə işinin aparılması çox vacibdir. Bunu da milli təhsil müəssisələrində oxumuş insanlar həyata keçirə bilər. Bu baxımdan Bakı İlahiyyat Kollecinin yaradılması qərarı müsbət qarşılanmalıdır. Burada gənclər oxuyacaqlar, sonra təhsillərini İlahiyyat İnstitutunda davam etdirəcəklər. Bizə savadlı, milli düşüncəli, dövlətə bağlı din xadimlərinin yetişməsi lazımdır. Başqa ölkələrdə oxuyanların çoxu cəmiyyətimiz üçün elə də faydalı ola bilmədi. Bizim İlahiyyat İnstitumuz olduğu kimi, İlahiyyat Kollecimiz də olmalıdır"-deyə E.İslamoğlu vurğuladı. 

Aydın Xan Əbilov: "İlahiyyat İnstitutu olduğu halda İlahiyyat Kollecinə zərurət yox idi"

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, təhsil sahəsində islahatların aparılması çox müsbətdir, amma bununla belə, kəmiyyətdən keyfiyyətə keçmə məsləsində ciddi problemlər var. A.X.Əbilov  qeyd etdi ki, müstəqilliyin ilk illərində Azərbaycanda mədrəsə tipli müəssiələr fəaliyyət göstərməyə başladı, bu sahədə o müəssisələrin geniş fəaliyyətinin şahidi olduq:"Əvvəllər dövlətin bu müəssisələrin fəaliyyətinə nəzarətinin zəif olması nəticəsində bir sıra problemlər yaşandı. İrandan, Ərəb ölkələrindən, başqa yerlərdən, eyni zamanda xristian dünyasından olan müəyyən adamlar mədrəsə, dini təhsil, ibadət ocaqları yaratmaq adı altında burada öz təsirlərini yaymaqla məşğul idilər. Burada onlar xüsusi şəbəkələr yaradırdılar, bu şəbəkələrin güclənməsi artıq dövlətimiz üçün təhdid yaratmağa başladı, hətta onlar siyasi hakimiyyət uğrunda mübarizəyə də iddialı oldular. Bu zaman artıq dövlət güclənmişdi və Prezident İlham Əliyevin rəhbərliyi altında din sahəsinə də çox ciddi nəzarət formalaşdı, artıq bu sahədə ciddi monitorinq nümunələri var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, QMİ-nin, eləcə də əlaqədar dövlət qurumlarının səyləri nəticəsində bu şəbəkələr zərərsizləşdirildi.  Bu sahədə müəyyən sistem, nizam yaradıldı. 

Amma dini təhsilə gəlincə, bir məqamı deyim ki, ölkəmizdə İlahiyyat İnstitutu var və dini təhsil almaq istəyənlər burada oxuya bilərlər. Bu ali məktəbdə şərait var, istəyənlər oxuyurlar.

Dini təhsilin genişlənməsi məsələsi diqqət tələb edir. Bundan sui-istifadə halları ola bilər. Gizlin deyil, bir sıra hallarda qızların zorla başlarının bağlanmasını, onları dünyəvi məktəblərdən ayıraraq  mədrəsələrə, dini yerlərə cəlb edilməsini, qızlarla oğlanların ayrı-ayrı məktəblərdə oxumasını təşviq edənlər də tapılır. Bu da dini təhsilin gənclərə, formalaşan yeni nəslə mənfi təsirlərini ortaya qoydu. Sözsüz ki, Azərbaycan cəmiyyətinin sağlam fikirli əsas hissəsi buna qarşıdır. Biz dəfələrlə buna qarşı tənqidi fikirlər söyləmişik. Orta məktəblərdə ilahiyyat dərslərinin keçilməsini istəyənlərin məkrli planları həyata keçmədiyi üçün artıq yeni təkliflərlə çıxış edirlər".

A.X.Əbilov qeyd etdi ki, vaxtilə ölkəmizdə Bakı İslam Univeristeti vardı və artıq onun fəaliyyəti yoxdur. Onun sözlərinə görə, bu ali məktəb fəaliyyət göstərdiyi dövrdə Azərbaycan dövlətçiliyinin tələblərinə cavab vermədiyi üçün bağlandı və burada da geniş ictimaiyyətin çağırışları nəzərə alındı. "Bundan sonra ölkədə İlahiyyat İnstitutu yaradılıb, necə illərdir fəaliyyət göstərir. Bu ali məktəbə dövlətin nəzarəti güclüdür, orada  ölkənin milli və dini dəyərlərinə cavab verən  ilahiyyatçıların, ruhaniləriun yetişdirilməsinə başlanılıb. Görünür, bu bizim bəzi dindarlara, dini təəssübkeşlərə azlıq edir və artıq onunla paralel fəaliyyət göstərməsi üçün İlahiyyat Kollecinin yaradılması gündəmə gətirilib. Hesab edirəm ki, İlahiyyat İnstitutu olduğu halda İlahiyyat Kollecinə zərurət yox idi. Buna nə ehtiyac var? Bir azdan da mədrəsələrin fəaliyyətinin genişləndirilməsini istəyəcəklər. Onsuz da bir çox sahələrdə olduğu kimi, bu sahədə də işsizlik mövcuddur. Bizim ölkədə dini təhsilli kadrlara nə qədər ehtiyac var ki? Hər addımbaşı Quran oxuyan, Yasin oxuyan mollaların kütləvi olduğu bir cəmiyyətdə gəncləri də bu işə sövq etmək nəyə lazımdır? Biz gəncləri dünyəvi, fundamental elmlərə, hərb sənəti, iqtisadiyyat, kənd təsərrüfatı, tikinti  kimi sahələrə yönləndirsək daha faydalı olar"-deyə A.X.Əbilov əlavə etdi. 

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ