" Ermənistandan Qarabağa qayıtmağa hazır olan bir erməni görmədim"- Olesya Vartanyan
Cənubi Qafqaz məsələləri üzrə Beynəlxalq Böhran qrupunun baş tədqiqatçısı Olesya Vartanyan çox ilginc hesabatla gündəmə gəlib.Həm də onun hesabatına erməni mediasının özü də geniş yer verib.
Vartanyan minlərlə köçkün erməni ilə danışdığını deyir." Onlar əsasən Yerevan ,Ararat və Kotaykda məskunlaşıblar.Deyirlər ki , Qarabağda evimizi bağlayaraq açarlarlarını özümüzlə götürdük, şəxsi əşyalarımızı, fotolarımızı götürdük.Mən bir erməniyə rast gəlmədim ki, Qarabağa qayıtmağa hazır olsun. " Vartanyanın ümumi təəssüratı budur ki, dünya bu ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyasını gücləndirmək üçün dəstəyi artırmalıdır.
Ən ilginc orasıdır ki, Vartanyan ermənilərin Qarabağdan şəxsi şeylərini, fotolarını, başqa əşyalarını götürərək köçdüklərini , qapının açarlarını da özləri ilə götürdüklərini açıq yazır ki, bu da onların Azərbaycan tərəfindən heç bir təqib və ya zor olmadan rahat tərk etdiklərini bir daha təsdiqləyir.
Ramil Quliyev