KÖHNƏ VERSİYA            

Sülh müzakirəsində uzun fasilə yaranacaq - Ermənistan Moskvada görüşü qəbul etmədi...

Image

Elşad Musayev: “Moskva istəyir ki, məsələlər onun meydançasında həll olunsun”

Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Moskva gözləyir ki, İrəvan və Bakı bu təklifin aktuallığını nəzərə alacaq” - Qaluzin TASS-a müsahibəsində bildirib.

Rusiya rəsmisi xəbərdar edib ki, Ermənistanda Avropa müşahidəçi missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməyəcək, əksinə, Transqafqazda gərginliyi artıracaq. Onun sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxarmağa yönəlib. Bildirilir ki, Rusiya artıq Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitlə bağlı bütün MDB liderlərinə, o cümlədən Paşinyana dəvət göndərib və cavab gözləyir.

Moskva açıq deyir ki, biz danışıqlar üçün onları qəbul etməyə hazırıq. Ancaq Ermənistan da Moskvaya getmir. Rəsmi İrəvan bu danışıqların Moskvada aparılmasını açıq şəkildə istəmir və onlar Qərbə meyllənirlər. Moskva açıq şəkildə və hətta yalvaracaq dərəcədə deyir ki, gəlin bizdə danışıq aparın. Azərbaycanın mövqeyi açıq olduğu üçün danışıqların harada keçirilməsinin bizim üçün fərqi yoxdur. Bakı öz mövqeyini Moskvada da, Vaşinqtonda da ifadə edə bilər. Ancaq erməni tərəfinin danışıqların Moskvada davam etdirilməsi ilə bağlı inkarçı mövqeyi sülh sazişinin imzalanması ilə bağlı gedən prosesdə hansısa fasilə yarada bilərmi? Ermənistanın Moskvanın vasitəçilik təklifindən imtinası nə dərəcədə buna mane olacaq?

“Paşinyan indiki halda, sülh müqaviləsindən daha çox, öz hakimiyyətini qoruyub saxlamaq istəyir”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Rusiya Azərbaycan-Ermənistan danışıqlarında qarantor ölkə kimi prosesdə iştirak edir: “Eyni zamanda onu da nəzərə alaq ki, Rusiya uzun müddət bölgəni nəzarətdə saxlayıb. İndinin özündə də bölgə ilə bağlı maraqlarından bir addım da olsun geri çəkilməyib. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında da Moskva istəyir ki, onun meydançasında məsələlər həll olunsun. Kremlin nəzarəti altında bu proseslər həll edilsin. Ancaq Ermənistan tərəfi xeyli vaxtdır ki, Rusiyaya qarşı özünü ərköyün aparır. KTMT, MDB çərçivəsində keçirilən görüşlərdən imtina edir. Açıq-aşkar görünür ki, Paşinyan hökuməti Qərbə tərəf istiqamət götürüb. Baxmayaraq ki, iqtisadi baxımdan Ermənistan Rusiyadan asılıdır, sərhədlərini rus sərhədçiləri qoruyur və s. Bütün bunlara baxmayaraq, Paşinyan Qərbə doğru istiqamət götürüb. Əslində bu kimi siyasi oyunlarla Paşinyan həm Rusiyadan, həm də Qərbdən nəsə qoparmaq istəyir. Çünki bu, tipik erməni hiləgərliyidir. Zatən bəlli məsələdir ki, Paşinyanın Ermənistanı Rusiyanın təsirindən birdəfəlik çıxarmağa gücü çatmayacaq. Təbii ki, Qaluzin Rusiyanın mövqeyini ortaya qoyur. Eyni zamanda Aİ-nin müşahidəçi missiyası barədə narahatlığını bildirir. Burada bizim mövqelərimiz üst-üstə düşür. Çünki Azərbaycan da hesab etmir ki, həmin müşahidəçilər bura xoş niyyətlə gəlir. Əslində onlar xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Onların Ermənistan-Azərbaycan sərhədində fəaliyyəti gərginliyin yaradılmasına xidmət edir. İndi əsas məsələ odur ki, sülh danışıqlarının nəticəsi necə olacaq. Azərbaycanın mövqeyi odur ki, harda olmasından asılı olmayaraq tərəflər arasında sülh sazişi imzalansın. Ermənilər isə prosesi uzadır. Çünki Paşinyana indiki halda, sülh müqaviləsindən daha çox, öz hakimiyyətini qoruyub saxlamaq istəyir. Məqsədi siyasi rəqiblərini sıradan çıxarmaq və ölkəyə vəsait cəlb etməkdir. Çünki sülh sazişi olsa, Ermənistan bir sıra kəndlərimizi azad etməlidir, Zəngəzur dəhlizinə razılıq verməlidir. Ancaq o da var ki, belə vəziyyət sonsuza qədər davam edə bilməz. Əvvəl-axır Ermənistan Azərbaycanın şərtlərini qəbul etməli olacaq”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031