Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin iddialarını rədd etdi
Ermənistan Konstitusiya Məhkəməsi erməni müxalifətini üzən qərar verib. Bu barədə Ermənistan mediası xəbərlər yayıb. Məlumatda deyilir ki. Ermənistan Konstitusiya Məhkəməsi parlamentdəki müxalif qrupların müraciətlərinə baxılmaması üçün əlindən gələni edir.
Söhbət müxalifətin parlamentin komissiyalarına rəhbər vəzifəsinə namizəd irəli sürmək hüququndan gedir: "Müxalifətin daimi komissiyalara rəhbərlik etmək hüququnun olmasına baxmayaraq, qərar verən parlament çoxluğudur. Məhz onlar müxalifətdən kimin və hansı posta təyin ediləcəyini müəyyən edir”.
Artıq bir ildən çoxdur ki, müxalifət konstitusiya məhkəməsi qarşısında iddia qaldırsa da, dekabrın 12-də əlavə araşdırmaya ehtiyac olduğu bildirilərək, məsələyə bir daha baxılmayıb.
Mətləb