Gələn ay Bakıda güclü şaxtalar olacaq? - Milli Hidrometeorologiya Xidmətindən açıqlama
Son günlər bəzi media səhifələrində yanvar ayında Bakıda güclü şaxtaların olacağı və intensiv qar yağacağı barədə məlumatlar dərc olunur. Yazılan xəbərlərdə Milli Hidrometeorologiya Xidmətinə istinad olunub. Bəs bu xəbər nə dərəcədə doğrudur?
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Xidmət tərəfindən yanvar ayı üçün heç bir hava proqnozu verilməyib. "Media nümayəndələrinə tövsiyə edirik ki, hava haqqında proqnozları Milli Hidrometeorologiya Xidmətinin rəsmi səhifəsi olan və daim yenilənən www.meteo.az saytından əldə etsinlər" – xidmət rəisi bildirib.
Mətləb