ABŞ Rusiya ilə bağlı inanılmaz rəqəmlər açıqladı - 315 min itki verdilər, ölkə 18 ilə geriyə düşdü...
ABŞ kəşfiyyat mənbəsi ikinci ilinə yaxınlaşan Rusiya-Ukrayna müharibəsində Rusiyanın itkiləri ilə bağlı bu yaxınlarda məxfiliyi qaldırılmış məlumatlar paylaşıb.
ABŞ mətbuatına danışan adı açıqlanmayan mənbə, Ukraynada 315 min rus əsgərinin öldürüldüyü və ya yaralandığını açıqlayıb.
Mənbə bildirib ki, ABŞ kəşfiyyatının bu yaxınlarda açıqlanan hesabatına görə, Rusiya 24 fevral 2022-ci ildə 360 min əsgərilə Ukraynaya hücuma başlayıb və itkilər ümumi əsgərlərin sayının 87 faizini göstərir.
"İtkilərin böyüklüyü Rusiyanı müharibəni davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur etdi. Rusiya 2022-ci ilin sonunda 300 min nəfərlik qismən səfərbərlik elan etdi. Qanunda məhkumların və yaşlı vətəndaşların orduya qəbul edilməsinə icazə verən dəyişiklik də edildi" - mənbə bildirib.
Rusiya ordusunun döyüş meydanında 1300 zirehli texnikası olduğunu və onların arasında 1970-ci illərdə istehsal olunmuş T62 tanklarının da olduğunu bildirən mənbə, Ukrayna ordusunun vurduğu zərərin Rusiya ordusunun modernləşdirilməsini 18 il geriyə saldığını təxmin edildiyini bildirib.
Tahir TAĞIYEV