KÖHNƏ VERSİYA            

Kiçik qızların ərə verilməsi cinayəti hələ davam edir - Muradxan olayının günahkarı...

Image

Qanunlarımız erkən evliliyin əleyhinədir. Amma nə fayda, aramızda elə valideynlər var ki, övladını mümkün qədər tez “baş-göz” etməyə çalışır. 

Qeyd edək ki, uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər, həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. Həkimlər xəbərdarlıq edir ki, yetkinlik həddinə çatmamış qızların evlənməsi onların və doğulacaq övladlarının sağlamlığı üçün ciddi problemlər yaradır. Bu zaman əksər hallarda ya ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif psixi və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşadək tamamlanır. Məlumat üçün bildirək ki, son bir neçə ildə 15-16 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah yaşı 18 yaşdır. İstisna hallar olduğu zaman nikaha daxil olmaq istəyən, lakin nikah yaşına çatmamış şəxslərin xahişilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Deməli, qanunlarımız 17 yaşlıların ailə qurmasına imkan verir. 

Təəssüf ki, bu gün Azərbaycanın bir çox bölgəsində 14-15 yaşda, hətta bəzən 13 yaşlı qızların ərə verilməsi adət halını alıb. Bu günlərdə Kürdəmir rayonunda 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı görüntülər yayılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kürdəmir rayonunun Muradxan kəndində 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırmalara başlayıb və məktəbli qızın evlənməsi deyil, nişan mərasiminin baş tutması faktı ortaya çıxıb. Dövlət Komitəsinin yaydığı məlumatda qeyd edilir ki, evliliyə cəlb olunduğu iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunub.

Qeyd etdiyimiz kimi, qanunvericilikdə yetkinlik yaşına çatmayanların evləndirilməsi qadağandır. Yetkinlik yaşına çatmayanların nişanlandırılması ilə bağlı qanunvericilikdə hər hansı qadağa varmı? Ümumiyyətlə, məktəb yaşlı qızların erkən yaşda ərə verilməsinin qarşısı necə alınmalıdır?

Razi Nurullayev: “Qanunverciliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməlidir”

Millət vəkili, deputat Razi Nurullayev hesab edir ki, qanunverciliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməlidir: “Nişanlanmamın özünün də evlənmə ilə eyniləşdirilməsi lazımdı. Qız uşağının ancaq həddi-büluğa çatandan sonra, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmasına icazə verilə bilər. Hazırda Azərbaycanın adət-ənənəsi var, kimlərsə sözləşir, bir-birinə razılıq verirlər. Bunun rəsmi olaraq nişanlanılması, barmağına üzük taxılması eynilə evləndirilməyə bərabər tutulub cəzalandırılmalıdır. Oğlanla qız nişanlanarkən özlərini bir-birinə məhrəm kimi, sahib kimi aparacaqlar. Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm. Məncə bu, qanunvericilikdə olan boşluqdur. Qanunvericiliyə dəyişiklik edilməli, bu boşluq aradan qaldırılmalıdır”.

Fatimə Hacıbəyli: “Erkən evliliklə mübarizədə tətbiq olunan inzibati cəza tədbirlərinə əməl edilməməsi problemin həllinə mane olur”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, erkən evliliklə mübarizədə tətbiq olunan inzibati cəza tədbirlərinə əməl edilməməsi problemin həllinə mane olur: “Erkən nikah aşkarlandıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən məlum quruma çağırılan valideynlərə qarşı heç bir həbs və ya cəza tədbirləri görülmür. Sadəcə müəyyən məbləğli cərimə ilə məsələ bağlanır. Bu hal dəfələrlə yaşanıb. Ona görə də erkən evliliklə bağlı hadisə yaşananda insanlar narahat olmurlar. Çünki son nəticə olaraq hansısa cəza tədbirinin görülməyəcəyini bilirlər. Yetkinlik yaşına çatmayan şəxsləri evləndirənlər 300-500 manat civarında cərimələnir. Ancaq rəsmi nikah qeydə alınmasa da, toy mərasimi ilə erkən evlilik yenə də baş tutur. Bu proses nikahsız, sənədsiz doğulan uşaqların sayını da artırır.

Erkən evliliyin qarşısını almaq üçün görülən tədbirlərdən biri də məcburi evliliyə yol açan şəxslərin 2 ildən 4 ilə qədər həbs olunmasıdır. Belə olarsa, heç bir ata, ana məktəb yaşlı qızını nə nişanlayar, nə də ərə verər”.

Elmir Əkbər: “Yetkinlik yaşına çatmayan qızların nikaha daxil olma halı uşağa qarşı törədilən zorakılıqdır”

Psixoloq Elmir Əkbərin sözlərinə görə,  qızların yetkinlik yaşına çatmadan ailə qurması nəinki psixologiyasına, eləcə də sağlamlıqlarına ağır zərbələr vurur: “Psixoloji və sosial baxımından onun əqli imkanları buna hazır deyil. Hələ yetkinlik yaşına qədəm qoymayan qız necə uşaq böyüdəcək? Erkən hamiləlik onlara böyük bir zərbədir. Bir baxın, ginekoloji problemlər nə qədər artıb. Bu etapları yaşamış qeyri-yetkin insanların ölkənin sosial həyatında rolu nədən ibarət olacaq? Bu gün boşanmaların sayının artmasında da məhz erkən nikahların böyük rolu var. Birmənalı olaraq, yetkinlik yaşına çatmayan qızların nikaha daxil olma halı uşağa qarşı törədilən zorakılıqdır. Mən onları erkən nikahın qurbanları adlandırıram. Bizim qızlar ailənin nə olduğunu və necə qurulduğunu 28 yaşından sonra dərk edirlər”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031