KÖHNƏ VERSİYA            

Azərbaycan COP29-a ev sahibliyini necə qazandı...

Image

“Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər”. Bu fikirləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Bu bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz “yaşıl enerji”nin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim “yaşıl enerji” layihələri ilə bağlı keçiriləcək”. Xatırladaq ki, Şərqi Avropa ölkələri qrupu gələn il keçiriləcək BMT-nin COP29 iqlim konfransına ev sahibliyi etmək üçün Azərbaycanı seçib. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bildirib ki, gələn il COP29 iqlim sammitinə Bakının ev sahibliyi etməsi ilə bağlı ümumi konsensus var. O, Dubayda keçirilən COP28 sammitində deyib: “Mən Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı ümumi konsensusun olduğunu elan etməkdən məmnunam”. Qeyd edək ki, gələn il keçiriləcək sammitə ev sahibliyi edən ölkə Şərqi Avropa regionunda olmalıdır. Ermənistan Azərbaycanın xeyrinə namizədliyini geri çəkərək Bakının ev sahibliyinə dəstəyini ifadə edib. Rusiyanın heç bir Avropa İttifaqı ölkəsinin ev sahibliyini dəstəkləməyəcəyini bəyan etdiyi üçün Bolqarıstan da namizədliyini geri götürüb və Bakıya dəstəyini ifadə edib. Kreml də əslində, tədbirin Azərbaycanda keçirilməsinə etiraz etmir. Bu fonda Azərbaycanın şansları daha da yüksəlir. Hazırda Azərbaycanın BMT-nin gələn il keçiriləcək iqlim sammitinə ev sahibliyi üçün namizədliyi məsələsi nəzərdən keçirilir. Bu, həm də uzun illər düşmənçilik edən Ermənistan və Azərbaycan arasında anlaşma nəticəsində mümkün olub. Diplomatik mənbələr “Reuters” agentliyinə deyiblər ki, Azərbaycanın namizədliyinin başqa ölkələrin dəstəyini qazanacağı gözlənilir. Yuxarıda qeyd edildiyi kimi, bu məsələ hələ də Dubayda keçirilən COP28 iqlim sammitində danışıqlar predmetidir. “Reuters” yazır ki, COP üçün ev sahibliyini Birləşmiş Ərəb Əmirliklərindən kimin qəbul edəcəyi məsələsi misli görünməmiş geosiyasi dalana düşüb. Buna, qeyd edildiyi kimi, Rusiyanın ev sahibliyi üçün Avropa İttifaqından olan hər hansı ölkənin namizədliyinə veto qoyacağını bəyan etməsi səbəb olub. Avropa İttifaqı Ukraynaya qarşı təcavüzünə görə Rusiya üzərinə ağır iqtisadi sanksiyalar qoyub. Azərbaycan dekabrın 7-də bildirib ki, Ermənistanla razılaşma əldə etməsi Bakının COP29 sammitinə ev sahibliyi etmək şanslarını artırıb. İrəvan bu məsələdə Azərbaycanın namizədliyinə veto qoymayacağını bildirib. Ermənistan Azərbaycanın ev sahibliyi namizədliyinə İrəvanın şərqi Avropa qrupunun COP bürosunda üzvlük müqabilində razılıq verib. Bu da qeyd olunur ki, COP konfransına ev sahibliyi üçün BMT-nin Şərqi Avropa regional qrupuna daxil bütün ölkələrin dəstəyi lazımdır. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə dekabrın 8-də deyib ki, “biz qrupa daxil əksər ölkələrin, o cümlədən Rusiyanın dəstəyini qazanmışıq”. 

Diplomatik mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Şərqi Avropa ölkələrinin Bakının namizədliyini dəstəkləyəcəyi gözlənilir, hərçənd Moldova da öz namizədliyini verib və Serbiya da bu niyyətdədir. Xəbərdə bu da vurğulanır ki, neft və qaz ölkəsi olan Azərbaycan OPEC+ qrupunun üzvüdür. “Reuters” yazır ki, COP28 sammitindəki bəzi nümayəndələr dünya iqlim forumunun iki il dalbadal neft hasilatçısı olan ölkədə keçirilməsindən narahatlıq bildiriblər. Ayxan Hacızadə Bakının bu narahatlıqlardan xəbərdar olduğunu deyib: “Azərbaycan zəngin neft və qaz ölkəsi olmasına baxmayaraq, onun strateji hədəfləri enerji mənbələrinin diversifikasiyası, xüsusilə də külək və günəş enerjisindən istifadədir”. Bu arada Azərbaycan və Ermənistanın birgə bəyanatında Bakının namizədliyinin başqa Şərqi Avropa ölkələri tərəfindən dəstəklənəcəyinə də ümid ifadə olunur. Bəyanatda qeyd olunur ki, iki ölkə aralarında daha çox qarşılıqlı etimad tədbirləri həyata keçirəcəklər. Serbiyanın məşhur "alo.rs" nəşri qeyd edir ki, Azərbaycan getdikcə əhəmiyyətli qlobal aktor mövqeyini qazanır. Ölkə həm də bərpaolunan enerji üzrə liderdir: “Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandan qazın nəql olunacağı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib. Nis-Sofiya qaz kəməri kimi tanınan bu mühüm layihə Serbiya və Qərbi Balkanlar regionuna qaz tədarükünün etibarlılığını artırmaq məqsədi daşıyır. Energetika və Dağ Sənayesi Nazirliyinin məlumatına görə, Azərbaycan 2026-cı ilə qədər Serbiyaya hər il 400 milyon kubmetr qaz tədarük edəcək və 2027-ci ildən bu həcmlər üç dəfə arta bilər. Serbiya-Bolqarıstan qaz kəməri layihəsinin dəyəri 24 milyon avrodan çoxdur və onun həyata keçirilməsi üçün 109 kilometrlik yeni boru xətti çəkilib. İlham Əliyev və Aleksandar Vuçiç ötən ilin noyabrında Belqradda görüşüblər, o zaman Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında memorandum imzalanıb. Tərəfdaşlıq onların həmin ilin dekabrında Bakıda keçirilən növbəti görüşündə təsdiqlənib. Prezidentlər Aleksandar Vuçiç və İlham Əliyev arasında sobuncu görüş uğurlu əməkdaşlığın dərinləşdiyini təsdiqləyir. Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Azərbaycan getdikcə əhəmiyyətli qlobal oyunçu mövqeyini qazanır. Ölkə həm də bərpaolunan enerji üzrə liderdir, Gürcüstan, Macarıstan və Rumıniya ilə Aİ-nin Yaşıl Enerji Dəhlizi sazişini imzalayıb və bu saziş Xəzər dənizindən Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə Avropaya bərpa olunan elektrik enerjisi gətirəcək. Azərbaycan Xəzər dənizində və regionda ən böyük günəş enerjisi layihəsinə sadiqliyini, eləcə də Dünya Bankı tərəfindən təqribən 157 qiqavat dəyərində qiymətləndirilən nəhəng dəniz külək potensialını vurğulayır. Yaxın gələcəkdə Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin həlli yollarının tapılmasına yönəlmiş COP29 konfransı və BMT-nin yaşayış məntəqələri üzrə proqramı təşkilatçılığı ilə 2026-cı ildə Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası kimi mühüm qlobal tədbirlərə ev sahibliyi edəcək. Şübhəsiz ki, Azərbaycan iri tədbirlərin təşkili təcrübəsi ilə Serbiyaya 2027-ci il Ümumdünya Sərgisinə hazırlaşmaqda böyük köməklik göstərəcək”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031