Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında bildirilib ki, görüş zamanı Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. məsələlər müzakirə edilib.
Xatırladaq ki,10 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.
Səfər zamanı nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.