"Oskanyan reallıqlardan uzaq düşüb, özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur" - İcma
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
"Daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur.
Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir.
V.Oskanyan da ATƏT-in sabiq Minsk Qrupu, Tomas de Vaal kimi artıq keçmişdir", - bəyanatda deyilir.
ZÜMRÜD