Baydenin Qəzza siyasəti Demokratları parçaladı - amerikalıların 80 faizi isə eyni fikirdədir, yalnız 20 faiz...
Keçirilən son sorğulardan məlum olub ki, amerikalıların yalnız 20 faizi ABŞ prezidenti Co Bayden administrasiyasının siyasətinin Qəzza ilə bağlı sülhə xidmət etdiyini düşünür.
CBS News dekabrın 6-8-də ABŞ-da 2144 nəfər arasında sorğu keçirib. Rəyi soruşulanların 34 faizi ABŞ hökumətinin hərəkətlərinin Qəzza ilə bağlı sülhə xidmət etmədiyini, 20 faizi isə bunun əksini düşündüyünü bildirib. Bayden hökumətinin siyasətinin heç bir təsiri olmadığını düşünənlər respondentlərin 46 faizini təşkil edib.
Respondentlərin 61 faizi İsrail-HƏMAS müharibəsi ilə bağlı Baydenin siyasətini bəyənmədiyini bildirib.
Demokratlar arasında İsrailə həddindən artıq dəstək verildiyini düşünənlər artıb. Qeyd edilir ki, Baydenin İsrailə yanaşması Demokratlar Partiyası daxilində fikir ayrılıqlarının artmasına səbəb olub.
TAHİR