Papa Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışladı...
Azərbaycan və Ermənistan hərbçilərinin azad edilməsindən şadam və sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edirəm. Bunu Roma Papası Fransisk deyib.
“Mən xeyli sayda Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsindən məmnunam. Ermənistan və Azərbaycan arasında münasibətlər üçün bu müsbət siqnala böyük ümidlə baxıram. Mən tərəfləri və onların liderlərini mümkün qədər tez sülh müqaviləsi bağlamağa çağırıram”, – deyə Papa qeyd edib.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıblar. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.
TAHİR