KÖHNƏ VERSİYA            

“Böyük 20-lik”-dən COP29-a "Bakını tərk etməyin" mesajı - 3 min milyarderə "sərvət vergisi" qoyulacaq...

Image

“Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin Brazilyanın Rio-de-Janeyro şəhərində keçirilən sammitində Azərbaycanın ev sahibliyi etdiyi COP29 da xüsusi diqqət mərkəzində yer alıb. Burada səslənən fikirlərdən bir daha bəlli olub ki, iqlimlə bağlı problemlərin çözümündə COP29 dünya üçün həlledici önəm kəsb edir. 

BMT-nin baş katibi Antonio Quterreş çıxışında Bakıda keçirilən COP29-un müvəffəqiyyət qazanmasının qlobal iqlim tədbirlərində həlledici rol oynayacağını bildirib: “Biz Bakıda uğur qazanmalı, inam yaratmalı və gələn il yüksək ambisiyalı milli iqlim planlarının hazırlanmasını təşviq etməliyik. Uğursuzluq seçim deyil. Əks halda, yeni milli iqlim fəaliyyət planlarının hazırlanmasında ambisiyalar azalar və geri dönüşü olmayan iqlim dəyişikliklərinə daha da yaxınlaşarıq”.

A.Quterreş qeyd edib ki, COP29-un nəticələri COP30-un Braziliyada uğurla keçirilməsi üçün möhkəm zəmin yaratmalıdır. O, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamaq üçün güzəştli ictimai maliyyə vəsaitlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Baş katib qlobal iqlim böhranının kritik həddə çatdığını deyib: “Əgər qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmasaq, fəlakətli nəticələrlə üzləşəcəyik”. O, bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı tədbirlər görməyə çağıraraq, G20 ölkələrinin qlobal emissiyaların 80 faizinə cavabdeh olduğunu xatırladıb: “Yeni milli iqlim planları konkret emissiya azaldılması hədəflərini ehtiva etməli, bütün sektorları və istixana qazlarını əhatə etməlidir”. Bundan əlavə, baş katib iqlim dezinformasiyası ilə mübarizə məqsədilə BMT, Braziliya və UNESCO-nun “İqlim dəyişikliyi üzrə məlumatın dəqiqliyi ilə bağlı qlobal təşəbbüs” adlı yeni layihəyə start verəcəyini elan edib. Sonda A.Quterreş bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin, iqtisadiyyatların şaxələndirilməsinin və ədalətli keçidin təmin olunmasının vacibliyini vurğulayıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil G20 liderlərinin bəyannaməsini şərh edərkən bildirib: “G20 liderləri COP29 danışıqlarının iştirakçılarına aydın siqnal göndərdilər - bütün ölkələrin maraqlarına cavab verən iddialı yeni maliyyə hədəfi əldə olunmadan Bakını tərk etməyin. Dünyanın ən böyük iqtisadiyyatlarının liderləri maliyyə islahatlarını təşviq etməyi öhdələrinə götürüblər. Bu, iqlim dəyişikliyinin sürətlə artan təsirləri ilə əhatə olunmuş dünyada son dərəcə vacib siqnaldır. Liderlər qlobal əməkdaşlığın tamamilə vacib olduğunu vurğuladılar və COP29 balanslaşdırılmış paketdə əsas sütun kimi iddialı yeni maliyyə məqsədini göstərərək bunu necə həyata keçirəcəyini nümayiş etdirməlidir. G20 liderlərinin qeyd etdiyi kimi, təmiz enerji və iqlimə davamlı qlobal iqtisadiyyata daha sürətli keçid üçün gücləndirilmiş yeni milli iqlim planları da vacibdir. G20 nümayəndə heyətləri artıq Bakıda “marş əmrlərini” aldılar. Burada biz təcili olaraq bütün ölkələrin öz mövqelərini aşaraq bütün məsələlər üzrə ortaq məxrəcə doğru sürətlə irəliləmələrini tələb edirik”. Eyni zamanda COP29-un balanslaşdırılmış qərarlar paketinin mərkəzi elementi kimi iddialı yeni maliyyə hədəfini razılaşdırmaqla nümunə göstərməli olduğunu təsdiqləyiblər.

Bunlar fonunda “Reuters” agentliyi də maraqlı bir məlumat paylaşıb. Burada qeyd edilir ki, Azərbaycanda keçirilən COP29 iqlim danışıqlarında iqlim dəyişikliyi ilə mübarizə üçün lazımi maliyyələşməni təmin edə biləcək mümkün yeni vergilər müzakirə olunur. Təkliflər arasında gəmiçilik, aviasiya, qalıq yanacaqlar və maliyyə əməliyyatları üzrə vergilər, həmçinin varlı ölkələr və korporasiyalar üçün əlavə yığımların tətbiqi var. Məqsəd inkişaf etməkdə olan ölkələrə qlobal istiləşməyə uyğunlaşmaqda kömək etmək üçün illik 1 trilyon dollar və daha çox maliyyə hədəfinə çatmaqdır. Vəsait axtarışının istiqamətlərindən biri müxtəlif sektorlara vergilərin tətbiqidir. Ən çox müzakirə olunan variantlardan biri dünya emissiyalarının 3 %-ni təşkil edən gəmiçiliyə yığımdır. Yığım modelləri karbon dioksid üçün ton başına 150 dollar sabit dərəcə nəzərdə tutur ki, bu da 2027-2030-cu illər ərzində illik 127 milyard dollar gətirə bilər. Digər əsas sektor dünya emissiyalarının 2%-ni təşkil edən aviasiya sektorudur. Təyyarə yanacağına, özəl təyyarələrə və lüks sinif biletlərinə yığımlar müzakirə olunur. Bu cür yığımların tətbiqi illik 19-164 milyard dollar gətirə bilər. Artıq 29 ölkədə aviasiya yanacağına və biletlərə yığımlar mövcuddur. Həmçinin qalıq yanacaq növlərinə əlavə yığımlar da nəzərdən keçirilir. Məsələn, neft və qaz hasilatına yığım və ya enerji şirkətlərinin ifrat mənfəətinə vergi 216 milyard dollar toplamağa kömək edə bilər. 2023-cü ildə ən böyük neft-qaz şirkətlərinin ifrat mənfəətinə təklif olunan vergi təxminən 173 milyard dollar gətirə bilərdi.  Danışıqlarda maliyyə əməliyyatlarına yığım məsələsi də müzakirə olunur. Səhm və istiqrazların ticarətinə 0,1 % dərəcənin tətbiqi illik 419 milyard dollar gətirə bilər. Karbon vergiləri də iqlim dəyişikliyi ilə mübarizədə vacib element kimi nəzərdən keçirilir. Hazırda 83 yurisdiksiyada dünya emissiyalarının 24 %-ni əhatə edən 75 karbon qiymətləndirmə mexanizmi mövcuddur. Lakin onların əksəriyyəti emissiyaların azaldılması məqsədlərinə nail olmaq üçün tələb olunan səviyyədən aşağıdır. Sərvət vergisinin müzakirəsi də az əhəmiyyətli deyil. G20 çərçivəsində dünyanın təxminən 3 000 milyarderi üçün 2 % qlobal minimum sərvət vergisinin tətbiqi təklif olunub ki, bu da ildə təxminən 250 milyard dollar gətirə bilər. Bundan əlavə, kriptovalyutalara və plastik çirklənməyə vergilər də qiymətləndirilir. 2022-ci ildə Qazaxıstan kriptovalyuta maynerlərinə vergi tətbiq etməyə başlayıb və bu əməliyyatlar üçün enerji istehlakına dünya vergisi 5,2 milyard dollar gətirə bilər. Cənubi Koreyada gələn həftə plastik tullantılarla mübarizəyə dair görüş keçiriləcək ki, burada ilkin plastik polimerlərin istehsalçılarına verginin tətbiqi də müzakirə olunur. “Reuters” qeyd edib ki, bu təkliflər iqlim dəyişikliyi ilə mübarizə səylərinin maliyyə dəstəyinə yönəlmiş geniş tədbirlər spektrinin yalnız bir hissəsini təşkil edir.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031