Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir - Mərkəzi Bankın sədri
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov COP29 çərçivəsində keçirilən “Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması” tədbirində çıxışı zamanı bəyan edib ki, Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir.
Onun sözlərinə görə, Azərbaycanın 2030-cu il üçün sosial-iqtisadi inkişafının beş sütunundan biri də ölkənin yaşıl inkişafına nail olmaqdır. Taleh Kazımov 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu əlavə edib. O bildirib ki, ümumi enerji kompleksində bərpaolunan enerjinin rolu “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 24 faiz artırılmalıdır.
Mətləb Salahov