"Yanımda insan kəssələr, ruhum duymaz" - azərbaycanlı aktrisadan paylaşım...
Aktrisa Zülfiyyə Qurbanova instaqramın hekayə bölməsində paylaşım edib. O, həyata qarşı amansız olduğunu bildirib: "Anam həmişə deyirdi ki, həyatda başınıza nə gəlirsə, gəlsin dik durun. İt-qurd var, ay bala. O it-qurd kimdirsə, (çox yaxşı bilirəm kimlərdir ) başıma gələn hər faciədə məni ayaqda saxladı.
Hazırda yanımda insan kəssələr, ruhum duymaz. Ümumiyyətlə başıma gələn ağrılar məni çox qəddarlaşdırdı. Mən özümü belə dəfn edib, yaşamağı bacaran adamam. Bunun adı həyata qarşı amansız olmaqdı. Onun mənə olduğu kimi!”.
Mətləb