Tramp 2-ci dəfə qadın namizədi məğlub edərək prezident seçildi...
"ABŞ tarixində 2, hətta 4 dəfə dalbadal prezident seçilmə halları olub.Lakin 2- ci dəfə hakimiyyətə qayıdış faktı məncə ABŞ tarixində ilk dəfə baş verdi. Həm də çox böyük qayıdışdır. Trampın qayıtmaması üçün nələr edilmədi və ya nələr edildi?! Ən təhlükəli rəqib kimi seçkiyə buraxmamaq, hətta həbs etmək kimi klassik diktatura və avtoritar rejimlərə xas ideyalar da ortada dövr etdirildi, bacarmadılar."
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşıb. A. Quliyev yazır: "Tramp çox böyük şəkildə qayıtdı. Məncə o ABŞ tarixində həm də ən güclü qadın namizədlərə qalib gəlmiş prezident kimi qala bilər. 2016- cı ildə Tramp Klintonun həyat yoldaşına qalib gələrək prezident seçilmişdi. Tramp həm də tarixdə ən yorğun Amerika cəmiyyətinin üstünə prezident olaraq qayıtdı. Amerika cəmiyyəti dövlətin qlobal siyasətindən, dünyanın hər yerinə əl uzatmasından,yalnız öz problemi ilə məşğul olmamasından yorulub.
Dincini çıxart, ABŞ cəmiyyəti!..."
Mətləb