Cüdo Federasiyasının Təhsil meneceri Orxan Oruczadəni Beynəlxalq Olimpiya Komitəsi diplomla təltif edib
Azərbaycan Cüdo Federasiyasının Təhsil meneceri Orxan Oruczadə Beynəlxalq Olimpiya Komitəsindən Elit İdmanda Mental Sağlamlıq ixtisası üzrə təhsilini uğurla başa vuraraq diplomla təltif olunub. Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib. Diplom İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində keçirilən məzuniyyət mərasimində təqdim edilib. Bu təhsil proqramı yüksək səviyyəli idmançılara mental sağlamlıq sahəsində vacib bilik və bacarıqlar qazandırır və bu sahənin aparıcı mütəxəssisləri tərəfindən 10 ay ərzində tədris edilir. Azərbaycan Cüdo Federasiyası elit cüdoçularının mental sağlamlığının qorunmasını onların davamlı inkişafı və uğuru üçün əsas şərt kimi sayır. Mental sağlamlığın idman performansına təsiri və bu sahədə elmi yanaşmaların tətbiqi ilə bağlı təlimlər idmançılarımıza həm fiziki, həm də mənəvi hazırlıqda böyük dəstək olacaq.
Qeyd etmək lazımdır ki, O. Oruczadənin bu proqramda iştirakı Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilib.
İradə SARIYEVA