"Blinken Bayramov və Mirzoyanı tezliklə sülh danışıqları üçün Vaşinqtonda gözləyir" - ABŞ Dövlət katibinin köməkçisi
Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanı tezliklə sülh danışıqları üçün Vaşinqtonda gözləyir.
Bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn "X" sosial şəbəkəsində yazıb.
"Bakıda müsbət və konstruktiv görüşlər keçirdik. Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərini müsbət qarşılayır və dövlət katibi Blinken Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə sülh danışıqları üçün Vaşinqtonda gözləyir", - o yazıb.