“Heydər Əliyev İli”- Ümummilli Lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsidir
Heydər Əliyev özünün gərgin əməyi, uğurlu daxili və xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın, milli-mənəvi dəyərlərə qayıdışın, bu dəyərlərin qorunması və təbliğ edilməsinin rəhninə çevrildi.Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bəli, Heydər Əliyev fenomeni zaman və məkan anlayışlarının fövqündədir. Yəni onun dövlətçilik irsi və parlaq ideyaları hər zaman – bütün dövrlər üçün aktualdır. Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu Öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında – Azərbaycan naminə birləşdirən məfkurədir. Ümummilli Liderin siyasi irsi dövlətçilik konsepsiyasıdır. Zaman keçdikcə Heydər Əliyev dühasının əzəməti, böyüklüyü, xalqımız və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının görkəmli öndərlərindən biridir. Heydər Əliyev yeni tarix yaradan dövlət xadimi olmuşdur. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadi, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Azərbaycanın taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə – müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq olmuş, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər qazandırmış, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət xadimidir. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bəli, Heydər Əliyev fenomeni zaman və məkan anlayışlarının fövqündədir. Yəni onun dövlətçilik irsi və parlaq ideyaları hər zaman – bütün dövrlər üçün aktualdır. Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu Öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında
Azərbaycan naminə birləşdirən məfkurədir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə dövlət başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə verilən böyük qiymətin təzahürüdür. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamışdır. Heydər Əliyev - Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri onun adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev çoxillik siyasi fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq məsələsini ən ali məqsəd hesab etmişdir. Tarixin verdiyi şansların, yaratdığı imkanların hamısında bu böyük dövlət xadimi özünü Azərbaycana həsr etmiş, Azərbaycan idealı uğrunda daim dönmədən mübarizə aparmışdır.Hazırda Azərbaycan Respublikasında Heydər Əliyevin müstəqil dövlətçilik təlimi, azərbaycançılıq ideologiyası dünyada dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə ölkəmizdə yaradıcı şəkildə ardıcıl olaraq həyata keçirilir. Beləliklə, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur. Prezident İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır.
Biz hələ uzun bir tarixi dövr ərzində Heydər Əliyev kursunun dəyərinin, davamlılığının, onun xalqımızın və milli dövlətçiliyimizin taleyində oynayacağı əvəzsiz rolun şahidi olacağıq. Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır, Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrindən biridir. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.
Nəbizadə Könül Fəxrəddin qızı