Naxçıvanda ana və oğul yol qəzasında xəsarət alıb
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda avtomobil ana və oğlunu vurub. Hadisə rayonun Badaşqan və Hacıvar kəndləri arasında olan yolda qeydə alınıb.
Nəticədə Badaşqa kənd sakini, 1987-ci il təvəllüdlü Əzimli Əfsanə Adil qızı və onun övladı 2011-ci il təvəllüdlü Əzimli Tahir Sübhan oğlu xəsarət alıb. Onlar Naxçıvan Sağlamlıq Mərkəzinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır. Hadisənin səbəbi araşdırılır.
Mətləb