Putin Əbu- Dabiyə 4 qırıcı ilə hansı ölkələrin üstündən uçub getdi?
Kreml sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Yaxın Şərqə səfəri zamanı onun təyyarəsini qırıcıların müşayiət etməsinə aydınlıq gətirib.
D. Peskov mətbuata açıqlamasında bu addımı regionun qeyri-stabil olması ilə əlaqələndirib: “Region təlatümlüdür. Əgər BƏƏ və Səudiyyə Ərəbistanı təhlükəsiz ölkələrdirsə, o zaman ətraf, ona bitişik region təhlükələr və gözlənilməzliklərlə doludur. Buna görə də Rusiya rəhbərinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb”, - Dmitri Peskov bildirib.
O, Rusiya liderinin təyyarəsini təmin edən qırıcılara şərait yaratdığı üçün tərəfdaş ölkələrə təşəkkür edib. Çox güman ki, V.Putin Peskovun dediyi kimi, tərəfdaş ölkələrin hava imkanlarından istifadə edərək bu səfəri reallaşdırıb. Bura İran, Suriya, Oman, Qətər kimi ölkələr daxildir.
Qeyd edək ki, Rusiya lideri BƏƏ və Səudiyyə Ərəbistanına səfər edib. Onun təyyarəsini Su-35-lər müşayiət edib.
Mətləb