Rusiya ordusu Donetskdə daha iki yaşayış məntəqəsini ələ keçirdi
Rusiya ordusu Ukraynada Donetsk vilayətinin daha iki yaşayış məntəqəsini ələ keçirib. Ukrayna mediasının məlumatına əsasən, Rusiya ordusunun bölmələri Kuraxovo şəhəri istiqamətində Qirnik yaşayış məntəqəsini ələ keçiriblər və hazırda Selidovo, Boqoiavlenka, Novoukrainka, Şaxtarski və Novoalekseevki istiqamətində irəliləyirlər.
Rus mediası isə ölkənin Müdafiə Nazirliyinə istinadən yazır ki, rus hərbçilər Tsukurino yaşayış məntəqəsini ələ keçiriblər. Qirnik və Tsukurino Donetsk vilayətinin iki şəhəri Kuraxovo və Selidovo arasında yerləşir.
Ukrayna Ordusunun Milli Qvardiyasının 15-ci “Kara-Daqi” briqadası rus qüvvələrinin demək olar ki, bir həftədir Selidovoya genişmiqyaslı hücum həyata keçirdiyini bildirir.
Selidovonun mərkəzi hissəsinə artıq Rusiya qüvvələrinin nəzarət etməsi haqda məlumat yayılır.
TAHİR