Ermənistanda Avroittifaq müşahidəçiləri haqda qanun hazırlanır...
Yaxın vaxtlarda Avropa İttifaqının Ermənistandakı missiyasının statusu və faydaları haqqında saziş imzalanacaq. Armenpress.am yazır ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan 2024-cü il dövlət büdcəsi layihəsinin ilkin müzakirəsi zamanı NA-nın xarici əlaqələr və maliyyə-kredit və büdcə məsələləri daimi komissiyalarının birgə iclasında bildirib. “Yeni sahə kimi siyasət və təhlükəsizlik sahəsini də qeyd etmək lazımdır. Bununla bağlı biz artıq Aİ-nin Ermənistandakı missiyasının statusunun müəyyənləşdirilməsində irəliləyiş qeydə almışıq. Müvafiq saziş yaxın vaxtlarda imzalanmalıdır. Söhbət müşahidəçi statusundan, imtiyazlardan, məsələn, tibbi xidmətdən, nəqliyyatdan istifadədən gedir”, - nazir müavini qeyd edib.
O qeyd edib ki, hazırda Ermənistanda Aİ müşahidəçilərinin sayının artırılması və bəzi mümkün yeni funksiyalar məsələsi danışıqlar mərhələsindədir. Nazir müavini məsələ barədə daha geniş detallar barədə danışmaqdan imtina edib. Belə görünür ki, Avropa İttifaqının Ermənistanda yerləşməsi üçün əməlli-başlı “hazırlıqlar” başlayıb..
Mətləb Salahov