KÖHNƏ VERSİYA            

Hörmüz boğazında proseslər Azərbaycana da təsir edəcək...

Image

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ administrasiyasına neft və ya nüvə obyektlərinə deyil, İran ordusuna zərbələr endirməyə hazır olduğunu bildirib. Bu barədə Amerikanın “The Washington Post” nəşri vəziyyətlə tanış olan iki məmura istinadən yazıb. Bu, tammiqyaslı müharibənin qarşısının alınmasına yönəlmiş daha məhdud cavab zərbəsini nəzərdə tutur.

ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Netanyahu İranın hərbi infrastrukturuna hücum planlarını açıqlayıb. Zərbənin ABŞ-da noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl həyata keçirilməsi planlaşdırılır. Buna səbəb odur ki, İsrail tərəfindən hərəkətsizlik İran tərəfindən zəiflik əlaməti kimi qəbul edilməsin. Bu planlara cavab olaraq Pentaqon təxminən 100 ABŞ hərbçisi ilə birlikdə THAAD raketdən müdafiə sistemini İsrailə yerləşdirəcəyini açıqlayıb. Pentaqonun bəyanatında deyilir ki, qərar ABŞ-ın İsrailin müdafiəsinə sarsılmaz sadiqliyini vurğulayır. İsrail hərbi strukturunda bu zərbənin İranı İsrailə qarşı növbəti birbaşa hücumdan və ya nüvə silahı hazırlamaqdan çəkindirmək üçün kifayət qədər güclü və ya açıq olmaya biləcəyi ilə bağlı narahatlıqlar var. ABŞ ilə məsləhətləşmələrə baxmayaraq, baş nazirə yaxın bir İsrail rəsmisi vurğulayıb: “İsrailin İrana cavabı ilə bağlı qərar verəcək şəxs Netanyahu olacaq”. İsrail və İran arasında münasibətlərin hazırkı pisləşməsi bu ilin aprelində başlayan bir sıra qarşılıqlı hücumların nəticəsidir. Həmin vaxt Tehran İranın Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq yüzlərlə pilotsuz təyyarə və raketdən istifadə edərək İsrailə genişmiqyaslı hücum həyata keçirib. İsrail  ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın köməyi ilə onların qarşısı alınıb. Daha sonra cavab olaraq İsrail İsfahandakı hava bazasına hücum edib. Oktyabrın 1-də İsrailin İrana və onun müttəfiqlərinə qarşı həyata keçirdiyi bir sıra əməliyyatlara və sui-qəsdlərə, o cümlədən “Hizbullah” lideri Həsən Nəsrullahın qətlinə cavab olaraq Tehran irimiqyaslı hücuma keçərək, İsrailə 200-ə yaxın ballistik raket atdıqdan sonra vəziyyət kəskin şəkildə gərginləşdi. Hücum İordan çayının qərb sahilində bir fələstinlinin həyatına son qoyub və ən azı iki hərbi obyekti vurub. O vaxtdan bəri Yaxın Şərq gərgin şəkildə İsrailin vəd etdiyi cavabı gözləyir və bu, iki ölkə arasında onilliklər ərzində davam edən gizli qarşıdurmanın açıq hərbi münaqişəyə çevrilə biləcəyindən ciddi narahatlıq doğurur. Yaxın Şərqdə münaqişənin gərginləşməsi ekspertləri İsrailin İranın neft infrastrukturuna mümkün zərbəsi barədə düşünməyə vadar edib. Belə olarsa, İran Hörmüz boğazını bağlaya bilər.

Dünya neft ixracının böyük hissəsinin keçdiyi dar su hövzəsi olan Hörmüz boğazı qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir. Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir və dəniz neft nəqli üçün strateji əhəmiyyətli bir marşrut olaraq qalır. Boğazın eni cəmi 39 kilometrdir, lakin buna baxmayaraq, dünya neftinin təxminən 20%-ni idarə edir və bu onu qlobal enerji təhlükəsizliyi üçün kritik edir. Hörmüz vasitəsilə daşınma ilə bağlı hər hansı məhdudiyyət Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Küveyt və İraq kimi ölkələrdən neft ixracına təsir edəcək. Boğazın bağlanması dünya bazarına neft tədarükünün əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər ki, bu da, sözsüz, qiymətlərdə sıçrayışa səbəb olacaq. Hörmüz boğazının bağlanmasının qlobal iqtisadiyyat üçün ciddi nəticələri olacaq. Neftin kəskin bahalaşması hasilatın və nəqliyyatın maya dəyərinin artması ilə müşayiət olunacaq ki, bu da öz növbəsində bütün dünyada mal və xidmətlərin maya dəyərinin artmasına səbəb olacaq. Neft idxalına arxalanan inkişaf etməkdə olan ölkələr, yanacaq subsidiyalarının artan fiskal xərcləri səbəbindən xüsusilə güclü iqtisadi təzyiqlərlə üzləşə bilər. Yaxın Şərq neftinin ən böyük idxalçısı olan Asiya böhranın nəticələrini ilk hiss edənlərdən biri olacaq. Çin, Hindistan, Yaponiya və Cənubi Koreya çətin vəziyyətdə qalacaqlar. İranın İSNA xəbər agentliyi konkret rəqəmlər verir: Hörmüz boğazı bağlanarsa, dünya neft bazarları 20 milyon barrel kəsirlə üzləşəcək və neftin qiymətinin bir barel üçün 250 dolları keçməsi mümkündür. Çünki Hörmüz boğazının bağlanması region neftinin 90%-nin ixracının dayandırılması və bir çox Körfəz ölkələrinin ticarət əməliyyatlarının dayandırılması demək olardı. Birləşmiş Ştatlar və onun müttəfiqləri boğazda gəmiçilik təhlükəsizliyini təmin etmək üçün hərbi müdaxilə edə bilər, bu da genişmiqyaslı münaqişə təhlükəsi yaradır, siyasi qeyri-sabitliyi və qlobal biznes üçün riskləri artırır. İran boğazda ən uzun sahil xəttinə və bir çox adalara malikdir ki, bu da ona boğazda nəqliyyata nəzarət etməyə imkan verir. Amerikalılar ə geosiyasi planlamalarında nəzərə alırlar ki, iranlılar Hörmüz boğazını texniki cəhətdən bağlamağa qadirdirlər. Hələ 2012-ci ildə ABŞ-ın apardığı araşdırma İranın belə imkanlara malik olduğunu göstərir. Tehran boğazı bir ay bağlı saxlaya bilər və bu, mütləq iqtisadiyyata təsir edəcək, neftin qiyməti kəskin artacaq. İranın bir tərəfdən Hörmüz boğazı üzərində siyasi və hərbi üstünlüyü, dünya iqtisadiyyatının bu su yolu ilə dəniz ticarətindən ağır asılılığı İran hakimiyyətinin əlində kozıra çevrilib. Düzdür, bu kozırın hansı şəraitdə istifadə oluna biləcəyi qeyri-müəyyən olaraq qalır. İlk baxışdan Hörmüzü bağlamaq təhlükəsi heç kimə sərfəli deyil. İran müvəqqəti olaraq bölgədəki təsirini artıra bilər, lakin belə bir addımın qiyməti yüksək olacaq: sanksiyalar təzyiqinin artması, ixrac mallarının qiymətlərinin düşməsi və İran ərazisində hərbi əməliyyat təhlükəsi. Qlobal iqtisadiyyat üçün itkilər də əhəmiyyətli olacaq: neft idxal edən ölkələr enerji böhranı ilə üzləşəcək, sabit yanacaq təchizatından asılı olan şirkətlər isə daha yüksək istehsal xərcləri ilə üzləşəcəklər. Bununla belə, marşrutları Hörmüz boğazından keçməyən neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan neft qiymətlərinin yüksəlməsindən faydalana bilər. Neft və qaz hasilatını və ixracını genişləndirən ölkələr Yaxın Şərq neftinə çıxışını itirəcək dövlətlər üçün daha cəlbedici təchizatçı ola bilər.

Nahid SALAYEV







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

SON XƏBƏRLƏR

14.11.2024 | 18:18
Roma Papası Bakıya COP müraciətində ABŞ və Fransanı qınadı...

14.11.2024 | 18:05
Bu rəqəmlər COP29-u qaralayanlara öldürücü zərbə vurdu...

14.11.2024 | 17:53
Dünyanın 10 il müzakirə etdiyi məsələ COP-da yerindən hərəkətə başladı...

14.11.2024 | 17:40
Pezeşkian Bakıya bu səbəblərdən gəlmədi - İranda rəsmilər bu barədə susur...

14.11.2024 | 17:27
COP29-dan müstəmləkə keçmişi olan bütün ölkələrə çağırış edildi...

14.11.2024 | 17:17
Azərbaycanın QHT fəalları Avropada miqrantlara təzyiqlərlə bağlı etiraz aksiyası keçirdi... - FOTO

14.11.2024 | 17:14
Avropanın 3 böyük təşkilatı Fransa müstəmləkəçiliyini dəstəkləyir...

14.11.2024 | 17:03
Peter Bekker COP29-da plenar iclasda çıxışına bu sözlərlə başladı - “Çox sağ ol, Azərbaycan!”

14.11.2024 | 16:55
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

14.11.2024 | 16:50
COP29-da Niderland və Fransanın müstəmləkəçiliyinə qarşı aksiya keçirildi - FOTO

14.11.2024 | 16:45
"Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar" - Hava Av

14.11.2024 | 16:31
"COP29 biznesləri, maliyyəçiləri, şəhərləri, millətləri bir araya gətirir" - Naycel Toppinq

14.11.2024 | 15:48
"COP29-un keçirilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir" - Ombudsman

14.11.2024 | 15:37
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO

14.11.2024 | 15:21
Ehtiyatlı olun! Zəhərlı paltarlar var! Hətta uşaq geyimləri də!

14.11.2024 | 15:14
"Afrikanın iqlim dəyişikliyinin qarşısını almaq üçün ildə 277 milyon dollara ehtiyacı var" - ADB prezidenti

14.11.2024 | 14:40
Prezident İlham Əliyev Maldiv Prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:37
Yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi COP29-da müzakirə olundu

14.11.2024 | 14:21
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib

14.11.2024 | 14:16
Prezident İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:15
Prezident İlham Əliyev Nepal Prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 14:08
"COP29-un Azərbaycanda keçirilməsi ən doğru seçimdir" - Putinin xüsusi nümayəndəsi

14.11.2024 | 13:50
Prezident İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - FOTO

14.11.2024 | 13:45
"Ən mühüm məsələ inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ilə bağlı ehtiyacını qarşılamaqdır"

14.11.2024 | 13:31
Qlobal iqlimlə mübarizə üçün hər il təxminən 8 trilyon ABŞ dolları lazımdır - Braziliya Ali Audit Orqanı

14.11.2024 | 13:14
"COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılığa gələcəyimizə əminəm" - Afrika İnkişaf Bankı Qrupunun prezidenti

14.11.2024 | 13:03
Prezident İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 12:50
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

14.11.2024 | 12:37
Bakıda “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda tədbir keçirildi

14.11.2024 | 12:22
COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib

14.11.2024 | 12:15
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 12:00
Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir - Mərkəzi Bankın sədri

14.11.2024 | 11:47
Dünya Bankı iqlim layihələrini maliyyələşdirmək üçün 150 milyard dollar ayırmağı planlaşdırır

14.11.2024 | 11:26
Prezident İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 11:20
Trampın xanımı Ağ Evdə yaşamaq istəmir - səbəbini özü açıqladı..

14.11.2024 | 11:10
Naxçıvanda yol polisi sürücülərə və piyadalara müraciət etdi

14.11.2024 | 11:04
Ronaldinyo AFFA prezidenti ilə görüşüb

14.11.2024 | 10:53
Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:26
Bakının bu ərazilərində qaz olmayacaq -ƏHALİYƏ XƏBƏRDARLIQ

14.11.2024 | 10:20
Göyçayda bədbəxt hadisə - çoban kanalda bataraq öldü

14.11.2024 | 10:14
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:11
Sokratdan Qulu Məhərrəmliyə qədər

14.11.2024 | 10:10
Sabunçuda yük avtomobilinin vurduğu piyada 5 gün sonra xəstəxanada ölüb...

14.11.2024 | 10:05
Türk Dövlətləri Təşkilatı üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb

14.11.2024 | 10:02
Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb - FOTO

14.11.2024 | 10:00
Almaniya Kansleri pul barədə danışdı, gülüş obyektinə çevrildi...

14.11.2024 | 09:40
Bakıda “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir

14.11.2024 | 09:30
Misirdə dəhşətli yol qəzası olub, 13 nəfər ölüb

14.11.2024 | 09:20
Fatih Terim Bakıya gəlir

14.11.2024 | 09:10
Donald Tramp bu senatoru Dövlət katibi təyin edəcək

14.11.2024 | 09:05
Dünya mediası COP29 barədə yazır

14.11.2024 | 09:00
Bu, Azərbaycan üçün həyəcanverici andır - Metyu Brayza

13.11.2024 | 23:25
Avropanın məşhur klubları “Qarabağ”ın dəvəti ilə Bakıya gəlir...

13.11.2024 | 22:49
AKAF COP 29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edəcək

13.11.2024 | 22:38
Rusiya 50 minlik ordu ilə Kursk əməliyyatına başlayır - Trampın andiçməsinə qədər…

13.11.2024 | 22:00
Polşa Baş Qərargah rəisindən xəbərdarlıq - Rusiya ilə hərbi münaqişə təhlükəsi var…

13.11.2024 | 19:56
Dünya liderləri Azərbaycanın COP29-a hazırlığını yüksək qiymətləndirdi

13.11.2024 | 19:25
"İqlim dəyişmələrinə qarşı mübarizədə hərtərəfli yanaşma olmadan hədəfə nail ola bilmərik" - UNFCCC-in icraçı katibi

13.11.2024 | 19:05
COP29-da Energetika Nazirliyi ilə BAEA arasında memorandum imzalandı

13.11.2024 | 18:58
"Kiçik ada dövlətlərinə yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün dəstək göstərilməlidir" - Quterreş

13.11.2024 | 18:55
Prezident İlham Əliyev BVF-nin sərəncamçı direktoru ilə görüşdü - FOTO

13.11.2024 | 18:42
Erməni nazir oğlanlarını hərbi xidmətdən yayındıran məmurları cəzalandırmağı tələb etdi

13.11.2024 | 18:35
Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO

13.11.2024 | 18:34
Orta Dəhlizin Yaşıl Transformasiyasına dair Əməkdaşlıq Bəyannaməsi imzalanıb

13.11.2024 | 17:53
Prezident İlham Əliyev Çinin Baş nazirinin müavini ilə görüşüb - FOTO

13.11.2024 | 17:46
COP29-un icraçı direktoru enerji keçidini sürətləndirmək üçün yeni investisiyalara çağırdı

13.11.2024 | 17:44
Samir Nuriyev Tokio qubernatoru ilə görüşdü - FOTO

13.11.2024 | 17:26
Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

13.11.2024 | 17:23
Bakıda ada ölkələrinin üzləşdikləri iqlim problemlərindən danışıldı

13.11.2024 | 17:15
Prezident İlham Əliyev Mixail Mişustinlə görüşdü - FOTO/YENİLƏNDİ

13.11.2024 | 17:12
Prezident İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

13.11.2024 | 17:10
Prezident İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

13.11.2024 | 17:00
Tramp senator Marko Rubionu dövlət katibi postuna gətirir…

13.11.2024 | 16:50
"Kiçik ada dövlətlərinin iqlim dəyişikliyi səbəbindən üzləşdiyi böyük çətinliklər ön plana çıxarılmalıdır" - Samoalı nazir

13.11.2024 | 16:30
Prezident İlham Əliyev Ruanda Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

13.11.2024 | 16:28
Baydenin müşaviri Bakıda dünya ölkələrinə çağırış etdi

13.11.2024 | 16:15
Məşhur sabiq futbolçu Ronaldinyo COP29-da pavilyonları ziyarət etdi

13.11.2024 | 16:07
Qrenada dünya ictimaiyyətini Azərbaycanın təşəbbüsünə qoşulmağa çağırdı

13.11.2024 | 16:02
"Bütün Avropa COP29-da təmsil olunur" - Lixtenşteynin Baş naziri

13.11.2024 | 15:55
"Azərbaycan COP29 kimi böyük və vacib bir tədbirin öhdəsindən gəlib" - CEO iqlim liderləri alyansının həmsədri

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930