Bazar günü, 20 iyul 2025
     

Bakı İrəvanın yarımçıq saziş layihəsinin üstündən birdəfəlik xətt çəkdi - düzü bu idi...

Image

"Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz". Bunu Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bu baxımdan Ermənistan hökumətinin "bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın" təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı. Xatırladaq ki, Ermənistan rəsmiləri son aylar dəfələrlə bəyan ediblər ki, onlar sülh sazişinin tezliklə bağlanmasına tərəfdardırlar. Baş nazir Nikol Paşinyan sentyabrın 26-da BMT Baş Assambleyasındakı çıxışı zamanı bunları demişdi: "Azərbaycan prezidenti və mən dəfələrlə qeyd etmişik ki, qeyd olunan sazişin ən azı 80 faizi razılaşdırılıb. İndi Ermənistan bu tarixi fürsətdən yararlanmaq və dalana dirənmək riskindən qaçmaq üçün əvvəllər razılaşdırılmış hissələr üzrə sülh sazişi bağlamağı, sonra isə qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edir". Amma təbii ki, yarımçıq sülh müqaviləsi ola bilməz və Azərbaycan Ermənistanın bu yanaşmasını absurd hesab edir. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildən başlayaraq isə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıblar. Amma sülh müqaviləsi ilə bağlı məsələ Ermənistanın günahı üzündən uzanır. Məsələni şərh edən rusiyalı ekspert, ermənipərəst Stanislav Tarasovun sözlərinə görə, Paşinyan aylardır ki, "razılaşdırılan bəndlər üzrə" sülh sazişini imzalamaq, heç olmasa, Azərbaycanla bir-birinə hücum etməmək barədə beynəlxalq öhdəlik götürmək və kommunikasiyaları "öz yurisdiksiyası daxilində" açmaq üçün çox cəhd etdi və Qərb platformalarında bu istəyinə nail olmağa çalışdı. Ancaq Azərbaycan öz tələblərindən bir addım da geri çəkilmədi: "Paşinyan sazişi, çox güman ki, Vaşinqtonda imzalamaq istəyirdi, bunun üçün Vaşinqton kifayət qədər ciddi səylər göstərdi, görüşlər keçirdi, təmaslar oldu. Lakin nəticə vermədi, həmin plan baş tutmadı, əksinə, Azərbaycan ritorikanı gücləndirdi və İrəvan və Qərb qarşısında yeni tələblər irəli sürməyə başladı". O bildirib ki, Rusiya lideri Vladimir Putinin Bakıya səfərindən sonra 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndi ilə bağlı Kremlin təzyiqi gücləndi: "Bunun ardınca İrəvanın Rusiyaya, Rusiya vasitəçiliyinə və 10 noyabr sənədinə yönəlik tənqidləri oldu. Bu müddət ərzində, təbii ki, çox müxtəlif şeylər deyildi, marşrutda rus varlığının olmayacağında israr edildi, hətta Avropa təşkilatına nəzarətin verilə biləcəyi bildirildi. Nəhayət, ilk dəfədir ki, Zəngəzur dəhlizində Rusiyanın "monitorinq" aparması məsələsi gündəmə gətirilir və bu, müəyyən məna kəsb edir". Qərbin təzyiqlərinin heç bir nəticə vermədiyinə diqqət çəkən Tarasov bu müddətdə sülh sazişi başğala bilməyən Paşinyanın Ukrayna cəbhəsində Rusiyanın uğurları fonunda çarəsiz duruma düşdüyünə işarə edib: "Ermənistan artıq anlayır ki, sülh sazişini imzalamaq üçün 10 noyabr bəyanatının 9-cu bəndini yerinə yetirməyə çalışmalıdır, çünki Qərb prosesi tərk edib və Ermənistana təhlükəsizlik təminatı verə bilmir. Ancaq Paşinyan bunu "nəzarət prosesi" kimi yox, "monitorinq prosesi" kimi paketləməyə cəhd edir.

O da ola bilər ki, bu məsələ yüksək səviyyədə müzakirə olunub və İrəvan-Moskva formatında müəyyən konsensus formalaşıb ki, orada sərhədçilərin sabit, daimi mövcudluğu yox, İrəvan üçün məqbul olan hansısa başqa format olacaq. Bu, İran üçün də məqbul sayıla bilər". Tarasov bildirib ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun blokadanın Rusiyasız götürülə bilməyəcəyini deməsi təsadüfi deyildi: "Azərbaycan yalnız bütün məsələlər həll olunanda imza atacağını bəyan etdi. Dəhliz  əslində Azərbaycan üçün ən vacib məsələlərdən biri idi. 10 noyabr sənədinin 9-cu bəndinin həyata keçirilməsi müəyyən konsensus prinsipinə əsasən, Qərbdən başqa regionda hamı üçün faydalıdır". Bu arada onu da qeyd edək ki,  Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması ətrafında müzakirələr getdiyi vaxtda  şərti sərhəddə atəşkəsin tez-tez pozulması halları da yaşanır və bu İrəvanın günahı ucbatından baş verir. Hazırda apardığı manevrlərlə Ermənistan həm Azərbaycanla guya sülh müqaviləsi imzalamağa hazır olduğunu göstərməyə çalışır, həm də atəşkəs pozuntuları, təxribatlar həyata keçirir. O da bəllidir ki, COP29-a qədər Azərbaycanla Ermənistan arasında ən azı ilkin sülh müqaviləsinin imzalanması rəsmi Bakının ideyasıdır. Azərbaycan bununla bağlı mövqe ortaya qoyub. Amma təəssüflər olsun ki, indiyədək Azərbaycan tərəfindən qaldırılan məsələlərə həm Ermənistan, həm də onun havadarları tərəfindən adekvat qiymət verilməyib. Ermənistan COP29-a qədər sülh imzalamaqla bağlı fikirlərində səmimi və dürüst olsa idi, bu günə qədər ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı cəhdlər edərdi. Eyni zamanda nəzərə almaq lazımdır ki, bugünki Ermənistan hakimiyyəti və dövlət strukturları öz mövcudluğunu ancaq Azərbaycanla gərginlik üzərində qurur. Hərçənd rəsmi Bakı ilə sülh Cənubi Qafqazda rifah və sabitliyin əldə edilməsinə böyük töhfə verə bilər. Ancaq Ermənistan bu məsələdə səmimi tərəf kimi iştirak etmir. Bu da yekun sülh müqaviləsinin imzalanmasını əngəlləyir. Lakin bunun ən çox zərəri elə Ermənistanın özünə dəyir.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910