KÖHNƏ VERSİYA            

3-cü mikrorayonda yaşayış binası illərdir istiliksiz qalıb...

Image

İsgəndər Bağırov:"Müraciətimizin üstündən iki il keçir, qarşıdan da qış mövsümü gəlir, amma hələ də biz öz hesabımıza mənzilimizə istilik xətti çəkə bilməmişik" 

Payız mövsümü özü ilə vətəndaşlarımızın bəzi qayğılarını gətirib. Bilirik ki, bir sıra hallarda sakinləri ən çox narahat edən məsələlərdən biri yaşayış binalarının istiliklə təchiz edilməməsi ilə bağlıdır. Payız və qış mövsümlərində biz vətəndaşların tez-tez bu barədə narazılıqlarını eşidirik. 

Bildiyimiz kimi, paytaxtın elə əraziləri var ki, orda vaxtilə mənzillərdən mərkəzləşdirilmiş istilik sistemindən gələn xətlər kəsilib. İndi isə belə vətəndaşların əksəriyyəti istəyir ki, mənzillərinə öz hesablarına istilik xətti çəkdirsinlər. Əlbəttə, bu işdə yerli qurumlar onlara dəstək olmalıdır ki, sakinlərin mənzilləri istiliklə təmin olunsun.

"Bizi get-gələ salırlar və problemi həll etmək istəmirlər" 

Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi, 27-ci binanın sakinləri illərdir ki, istilik üzünə həsrət qalıblar, qışı elektrik plitəsinin ümidinə qalırlar, o da ki, hər ay külli miqdarda pul yazır. Sözügedən ünvanın sakinləri adından Bağırov İsgəndər Ağa oğlu redaksiyamızla əlaqə saxlayaraq bu məsələni ictimailəşdirməyimizi istədi. “Biz Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi, 27-ci binanın sakinləriyik. İllərdir ki, bizim binada istilik sistemi yoxdur. İki il bundan əvvəl qonşularla yığışıb Nəsimi rayon 1 saylı İstilik Sistemləri İstismar Sahəsinə müraciət etmişik ki, binamızı istiliklə təmin edinlər.  Ordan bizə dedilər ki, bununla bağlı “Azəristiliktəchizat” ASC-yə  müraciət edin. Biz də üz tutuq həmin quruma. 

Bu qurum da müraciətimizə baxıb, təxminən iki həftədən sonra bizə məlumat verdi ki, mümkün deyil, çünki dövlətin vəsaiti yoxdur. Sonra da dedilər ki, hazırda vəsait yoxdur, vəsait olarsa sizin binaya istilik sistemi çəkərik. Mən onlarla əlaqə saxladım, dedim ki, camaat soyuqdan donur, biz nə edək? Bildirdim ki, binaya istilik sistemini öz vəsaitimiz hesabına çəkdirmək istəyirik. Razılaşdılar və dedilər 30-40 nəfər sakin yığışıb öz hesabınıza çəkə bilərsiniz. Qonşuların da əksəriyyəti razılaşmadı ki, pulumuz yoxdur, dövlət çəksin. Sonra Nəsimi rayon 1 saylı İstilik Sistemləri İstismar Sahəsinə getdim və bildirdim ki, mən də daxil olmaqla bir neçə sakin binaya öz vəsaiti hesabına istilik sistemi çəkmək istəyir, istilik xətti də uzaqda deyil, düz binamızın yanından keçir, binamıza bitişikdir. Hətta çertyoj da çəkilmişdi, biz də işə başlamaq istəyirdik ki, sonradan alınmadı. Nəsə baş verdi, bilmirəm, qış çıxdı, bu iş də yaddan çıxdı. İndi də gedirəm Nəsimi rayon 1 saylı İstilik Sistemləri İstismar Sahəsinə, deyirlər ki, ora istilik xətti çəkilə bilməz, ora istilik verilməyəcək. Mən də deyirəm ki, necə yəni verilməyəcək, bəs iki il bundan əvvəl çertyoju mənə niyə vermişdiniz? Deyirlər o çertyoju 40 nəfər sakinə görə vermişdik. Deyirəm ki, 40 nəfərə görə verilməyə ehtiyac yox idi. Onsuz da baş idarə istilik xətti çəkməyə icazə vermişdi. Özlərinə də deyirəm ki, boru xətti düz binanın böyründən keçir. Bizə vermək istəmədiyiniz istilik xətti bizim yanımızdan keçib o biri binalara gedir, onlar istiliklə təchiz olunublar, amma biz olmamışıq. Bu necə olur?”

İ.Bağırov bildirdi ki, binanın sakinlərinin hamısı istiliklə təmin olunmaq istəyir, amma istilik almaq mümkün deyil. “Müraciətimizin üstündən iki il keçir, qarşıdan da qış mövsümü gəlir, amma hələ də biz öz hesabımıza mənzilimizə istilik xətti çəkə bilməmişik. İki sakin hazırda öz hesabına istilik çəkmək istəyir. 

Bizi get-gələ salırlar və problemi həll etmək istəmirlər. Ortada “Azəristiliktəchizat” ASC-nin razılığının, əlimizdə çertyojumuzun olmasına baxmayaraq, hələ də bizə istilik xətti çəkməyə icazə vermirlər. Özləri də çəkmirlər ki, hələ dövlətin vəsaiti yoxdur, pul olanda çəkərik. Demirəm ki, dövlət vəsaiti  hesabına çəkilsin. Biz öz hesabımıza çəkmək istəyirik, ona da imkan vermirlər”-deyə İ.Bağırov bildirdi.

Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi, 27-ci binanın sakinlərinin üzləşdikləri problemlə bağlı  Nəsimi rayon 1 saylı İstilik Sistemləri İstismar Sahəsinə zəng vursaq da, telefona cavab verən olmadı.  

Ümid edirik ki, sözügedən qurum vətəndaşların müraciətinə həssas yanaşacaq və problemin həllinə dəstək göstərəcək.  

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031