KÖHNƏ VERSİYA            

Harris Trampdan cəmi 7 səs öndədir - lakin həlledici 93 səs hələ sahibini axtarır...

Image

ABŞ-də 5 noyabr prezident seçkiləri günü yaxınlaşdıqca, namizədlər Donald Tramp və Kamala Harris Pensilvaniya, Miçiqan, və Viskonsin ştatlarına dəfələrlə səfər ediblər. Onlar bu ştatlarda qərarsız seçicilərin az faizinin səslərini qazanmaqla seçkilərin gedişatını öz xeyirlərinə dəyişdirə bilərlər. 

Hesab edilir   ki, 7 “tərəddüdlü ştat” ABŞ-ın 47-ci prezidentini müəyyənləşdirmək baxımından çox önəmli rol oynayacaq. Əslində, seçkinin sonucu bu ştatlar arasında paylanmış cəmi 150 min səsdən asılı ola bilər.

Məlumat üçün bildirək ki, “tərəddüdlü ştatlar” ABŞ-ın növbəti prezidentinin kim olacağının müəyyənləşdiyi və mübarizənin gərgin keçdiyi ştatlardır. Belə ştatlar “yelləncək ştatlar” da adlanır. Builki belə ştatlar Pensilvaniya, Miçiqan, Viskonsin, Arizona, Nevada, Corciya və Şimali Karolinadır. Tarix boyunca demoqrafik durum, problemlər, siyasi partiyalar dəyişən qədər bu cür ştatlar da dəyişib. Əhalisinin xeyli hissəsi işçi sinfinə mənsub Pensilvaniya, Miçiqan və Viskonsin tarixən demokratlara səs verən ştatlar olub. Ancaq onların hər üçü 2016-cı ildə Trampa səs verib. Tramp öz seçki kampaniyasında işçilərdən gərəyindən çox yararlanaraq elitanı varlandıran ticarət qanunlarına qarşı çıxış edirdi. O, idxal məhsullarına tariflər tətbiq edəcəyini və istehsal sahəsində iş yerlərini bərpa edəcəyini vəd edirdi. Şimali Karolina və Corciya isə, əksinə, prezident seçkilərində tarixən Respublikaçılar Partiyasına səs verib. Ancaq son illərdə bu iki ştatda mübarizə xeyli gərginləşib. Şimali Karolinaya Nyu-York və tarixən demokratlara səs verən digər ştatlardan xeyli adam köçüb. Corciyada da qaradərili və digər qeyri-ağ qrupların faiz nisbəti artıb. Qaradərili amerikalılarsa tarixən çox vaxt demokratlara səs verirlər. Minnesotadakı Hemlayn Universitetinin siyasi elmlər professoru Devid Şults deyir ki, “tərəddüdlü ştatlar”  fenomeni ölkənin mürəkkəb seçki sisteminin və bir çox ştatlarda eyni partiyanın dönə-dönə qalib gəlməsinin nəticəsidir. Prezident sisteminə sahib olan bir çox başqa ölkələrdən fərqli olaraq, ABŞ öz liderini ümumxalq səsverməsi ilə seçmir. Prezident seçkisinin qalibini ayrı-ayrı ştatlarda keçirilən seçkilərin nəticəsi müəyyənləşdirir. Devid Şults bildirir ki, bu, ABŞ-da 50 ştat və Kolumbiya Dairəsində keçirilən 50 ayrıca seçki deməkdir. Hazırda hər iki namizəd seçki kollegiyasının səslərini qazanmaq üçün mübarizə aparır. Hər bir ştatda əhalinin sayına görə müəyyən miqdarda kollegiya üzvləri var. Namizədlər seçkidə qələbə qazanmaq üçün 538 kollegiya üzvünün an azı 270-nin səsini toplamalıdır. Bütün diqqətlər prezident seçkilərində kimin qalib gəldiyinə yönələcək, lakin seçicilər eyni zamanda Konqresin yeni üzvlərini - hökumətin qanunverici orqanını da seçəcəklər. Nümayəndələr Palatasındakı 435 yerin hamısının, Senatda isə 33 yerin sahibi noyabrın 5-də keçiriləcək seçkilərdə bəlli olacaq. Hazırda respublikaçılar Nümayəndələr Palatasına, demokratlar isə Senata nəzarət edirlər. Adətən qalib seçki gecəsi elan edilir, lakin istisna hal kimi 2020-ci ildə prezident seçkilərində bütün səslərin hesablanması bir neçə gün çəkib. Dövlət başçısı dəyişdiyi halda, seçkidən sonrakı dövr prezident administrasiyasının yeni üzvlərinin formalaşdırıldığı və planlarının hazırlandığı “keçid dövrü” kimi tanınır. Prezident yanvar ayında Vaşinqtondakı Kapitoli binasında keçirilən andiçmə mərasimində rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayır.

Hazırda “tərəddüdlü ştatlar” ABŞ-ın növbəti prezidentinin kim olacağını müəyyənləşdirən əsas söz sahibi olacaqlar. Onu da bildirək ki, bir neçə istisna xaric, hər bir ştatın seçki kollegiyası səslərinin hamısını həmin ştatda ən çox səs toplayan namizədə verir. Məsələn, Pensilvaniyada xalq səsverməsinin qalibi seçki kollegiyasının 19 səsini alır. Hər bir ştata əhalisnin təxmini sayına görə seçki kollegiyası səsləri təyin edilib. Alyaska, Şimali Dakota, Cənubi Dakota, Vermont, Vayominq və Kolumbiya Dairəsinin hərəsinin üç seçki kollegiyası səsi var. Ən çox seçki kollegiyası səsinə malik ştatlarsa 54 səslə Kaliforniya, 40 səslə Texas, 30 səslə Florida və 28 səslə Nyu-Yorkdur. 38 ştatda əsrin başlanğıcından bəri eyni partiya bütün prezident seçkilərində səslərin çoxunu əldə edib və çox vaxt böyük fərqlə qələbə qazanıb. Yalnız 12 ştat 2000-ci ildən bəri azı bir dəfə fərqli nəticə göstərib. Bəzi ştatlarda isə eyni partiya üstünlüyü bundan da uzun müddət qoruyub saxlayıb. Məsələn, Minnesotada seçicilər ta 1976-cı ildən bəri səslərin çoxunu Demokratlara veriblər. Texasda isə seçicilər 1980-ci ildən bəri daim Respublikaçılara səs verirlər. Devid Şults  bu fonda qeyd edir: “Partiya loyallığı bu qədər güclü olduğu üçün biz bir çox ştatın 2024-cü il seçkilərində necə səs verəcəyini illər əvvəldən bilirdik”. Müstəqil seçki və sorğu aqreqatı olan “270towin.com” saytının dəyərləndirməsinə görə, Harris məntiqli olaraq Kaliforniya, İllinoys və Nyu-York kimi ştatlarda qalib gələrək 226 seçki kollegiyası səsi əldə edəcəyinə güvənə bilər. Trampınsa Texas, Florida və Tennessi kimi ştatlarda üstünlük qazanaraq azı 219 səs toplayacağı gözlənilir. Yerdə qalansa toplam 93 seçki kollegiyası səsinə malik 7 “yelləncək ştat”dır. Seçkinin nəticəsini də bu ştatlar təyin edəcək. Vaşinqtonda yerləşən “The Hill” media qurumunun sorğu təhlillərinə görə, seçkiyə bir aydan az vaxt qalmış “yelləncək ştatlar”ın dördündə Harris, üçündə isə Tramp öndədir. Ancaq təhlil nəticələrinə görə, iki namizəd arasındakı fərqlər son dərəcə kiçikdir. “Yelləncək ştatlar”ın beşində namizədləri ayıran fərq 1 faizdən, ikisində isə 2 faizdən azdır. Şults deyir ki, 7 “yelləncək ştat”da 150 mindən 200 minədək səs, yaxud bu il veriləcəyi gözlənilən səslərin toplam sayının 0.1 faizə qədəri yanvarda Ağ Evə kimin daxil olacağını müəyyənləşdirəcək. Ancaq belə bir presedent artıq var: 2000-ci il prezident seçkilərinin nəticəsini Florida ştatındakı cəmi 537 səs müəyyən etmişdi. O zaman respublikaçı Corc Volker Buş demokrat Albert Qora qalib gəlmişdi. Ancaq builki seçki əsas döyüş meydanları sayıla biləcək ştatlar baxımından 2000-ci il deyil, 2020-ci il seçkiləri ilə müqayisə oluna bilər.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031