KÖHNƏ VERSİYA            

Fransa parlamenti ilə İşçi qrupun ləğvinə MM daha geniş izah verməli idi - bunu cəmiyyət də gözləyir...

Image

Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup ləğv olunub. Parlamentin 8 oktyabrda  keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qanun layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yer almayıb.

Xatırladaq ki, bundan əvvəl Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi Milli Məclis tərəfindən etirazla qarşılanmış, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyətini dayandırmışdı.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qanun layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun yer almaması çox yaxşı addımdır. Amma çox yaxşı olardı ki, bununla bağlı Milli Məclis rəhbərliyinin geniş bir izahatı, Milli Məclis adından bir açıqlaması olaydı. Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür, vaxtilə Azərbaycanla yaxşı münasibətləri olub. Bu gün Azərbaycan parlamenti çox  haqlı olaraq, əsaslı şəkildə bu addımı atıb ki, Fransa ilə parlamentlərarası əlaqəni kəsib. Amma qeyd etdiyimiz kimi, buna Azərbaycan parlamentinin, parlament sədrinin geniş bir açıqlamasının olması arzuolunan idi. Yaxud, heç olmasa, parlament adından rəsmən bir məlumat yayılardı və ya parlament komitələrində bu məsələnin müzakirəsi keçiriləydi, bu addımın hansı əsaslardan atıldığı, hansı səbəbdən Fransa ilə parlamentlərarası əməkdaşlıqdan imtina olunduğu barədə cəmiyyətimizə də, dünyaya da bir məlumat veriləydi. Cəmiyyət bu məlumatı gözləyir. Ona görə ki, Fransa ilə nə münasibətlərdə olduğumuzu cəmiyyət bilir. Ancaq cəmiyyətimiz bunu o formada eşidir ki, filan işçi qrup parlamentdə olmayacaq. Yalnız bunu bilir. Dünya üçün də bu izahatın verilməsi çox vacibdir. Çünki qoy bəzi ölkələrə dərs olsun ki, Azərbaycan belə addımlar ata bilir. Əgər onun bizə faydası yoxdursa, Fransa ilə parlamentlərarası əməkdaşlıq bizim nəyimizə lazımdır, bu dostluq qrupu bizə lazım deyil. Yəni Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun Milli Məclisdə yer almamasının geniş izahının həm bizim cəmiyyətə, həm də dünyaya  verilməsi çox vacib idi. 

Azər Həsrət: “Həqiqətən də Milli Məclis burada daha...”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, kəsib atmaq çıxış yolu deyil. “Heç olmasa işıq gələn kiçik bir imkan tapmaq və o imkandan istifadə etməyə çalışmaq lazımdır. Fransa yalnız Emmanuel Makrondan və onun komandasından ibarət deyil ki. Yaxud da ki, bütün fransız xalqı Azərbaycanla düşmən deyil ki. Bütün Fransa xalqı ermənipərəst deyil ki. Fransa əhalisinin böyük əksəriyyətinin heç Azərbaycanın harda yerləşməsindən xəbəri yoxdur. Bu baxımdan, düşünürəm ki, Azərbaycandan xəbəri olmayan o çoxluqla işləmək vacibdir. Bunu həm paralment səviyyəsində etmək olar, lazımdır, həm də vətəndaş cəmiyyəti və media səviyyəsində. Yəni Emmanel Makron nəsə etdi, onun antiazərbaycan, ermənipərəst mövqeyi bizim zərərimizədir, bizi əsəbiləşdirdi, biz Fransanı kəsib atdıq, belə yanaşma şəxsən mənim üçün o qədər də məqbul sayılmır. Ümumiyyətlə, diplomatiyada da, siyasətdə də bu cür maksimalist yanaşma yaxşı nəticələr vermir”.

Milli Məclisdən bu barədə cəmiyyətə və beynəlxalq ictimaiyyətə izah verilməli olması məsələsinə gəlincə, A.Həsrət qeyd etdi ki, bu izah mütləq şəkildə verilməli idi. “Həqiqətən də Milli Məclis burada daha diplomatik davrana bilərdi. Bunu Fransa ilə əlaqələr üzrə işçi qrupun ləğvi kimi təqdim etməkdənsə, məsələn, Fransa ilə bağlı işçi qrupun formalaşdırılması təxirə salındı, yaxud da daha diplomatik bir ifadə işlədərdim. Yaxud da ki, hələlik Fransa ilə bağlı işçi qrup formalaşdırılmadı. Yəni bu cür ifadələrlə təqdim etmək daha doğru olardı. Yoxsa ki, “ləğv edildi”, “kəsdik atdıq” və sair. Bu diplomatiya, siyasət deyil. Düşünürəm ki, Milli Məclisdə bizim bu konstruktiv yanaşmamızı dəyərləndirə biləcək adamlar tapılacaq”-deyə A.Həsrət bildirdi. 

Faiq Ələkbərli: “Hesab edirəm ki, Milli Məclisin sədrinin, yaxud Milli Məsclisin özünün bununla bağlı cəmiyyətə və dünya ictimaiyyətinə bir açıqlaması, izahı olmalı idi”

Siyasi şərhçi Faiq Ələkbərli isə hesab edir ki,  əlbəttə, Fransanın Azərbaycana qarşı xüsusilə də son illərdə apardığı siyasət qəbuledilməzdir. “Fransa əvvəllər də Azərbaycanın əleyhinə bir çox işlər görüb. Yəni bu son dövrlərin məsələsi deyil, əvvəllər də Fransa istər Qarabağ məsələsində, istərsə də digər  məsələlərdə qərəzli mövqe nümayiş etdirib. Ancaq Fransanın, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra qərəzli mövqeyini daha da genişləndirməsi, düşmənçiliyinin səviyyəsini daha da artırması, eyni zamanda Ermənistana həm siyasi, həm də digər anlamlarda dəstək verməsi məlumdur. Fransa özünün əsl mahiyyətini, simasını İkinci Qarabağ müharibəsi dövründə və sonrakı vaxtlarda tam çılpaqlığı ilə ortaya qoydu.  Azərbaycan da, əlbəttə, buna adekvat addımlar atdı və atmağa da davam edir. Bu da təbiidir. Çünki Azərbaycan öz milli maraqlarını müdafiə etməlidir. Ancaq Azərbaycanın Fransaya qarşı atdığı adekvat addımlarından bəziləri yetərincə ictimaiyyətə bəlli olmur. Yəni geniş işıqlandırılmır. Onlardan biri də Fransa ilə əlaqələr üzrə işçi qrupun artıq ləğv olunması ilə bağlıdır. Ancaq çox təəssüflər olsun ki, Fransa ilə parlamentlərarası işçi qrupun ləğv olunması məsələsi, demək olar ki, mətbuatda çox az işıqlandırıldı və çox az adamın bundan xəbəri var. Halbuki, bu məsələ geniş şəkildə Milli Məclisdə müzakirə edilməli idi və qərar birbaşa xalqa açıqlanmalı idi. Azərbaycan cəmiyyəti bilməlidir ki, onun dövlətçiliyinə, müstəqil varlığına qarşı hədyanlar yağdıran, çoxüzlü siyasət aparan Fransa kimi dövlətlərə qarşı ciddi tədbirlər də görülür, adekvat addımlar da atılır. Mənə elə gəlir ki, bu adekvat addımlar həm kütləvi informasiya vasitələrində yetərincə işıqlandırılmalıdır, həm də  ictimiayyət məlumatlandırılmalıdır. Belə demək mümkündürsə, Azərbaycanla hər hanısa mənada yüksək tonla, yaxud hədə dili ilə  danışmağın, bizə qarşı hədyanlar yağdırmağın cavabı və cəzası var. Bu addımlar da atılır. Bu baxımdan hesab edirəm ki, Milli Məclisin sədrinin, yaxud Milli Məsclisin özünün bununla bağlı cəmiyyətə və dünya ictimaiyyətinə bir açıqlaması, izahı olmalı idi”.

F.Ələkbərlinin fikrincə, ola bilsin, Milli Məclis hansısa bir iclasında bu məsələnin üstünə qayıdacaq. “Fransanın atdığı bütün qərəzli addımlara, yürütdüyü mürtəce  siyasətə qarşı görülən tədbirlər çox müsbətdir. Bu barədə də geniş izahlar verilməlidir ki, Azərbaycan cəmiyyəti də, dünya ictimaiyyəti də bizim dövlət olaraq konkret mövqeyimizi bir daha bilsin, görsün. Dünya da, cəmiyyətimiz də görsün ki, Fransanı narahat edəcək və başqlarına da dərs olacaq addımlarımız  var”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031