Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd indi də boşdur, 734 kənddə isə...
1988-ci il noyabrın 22-də Ermənistan SSRİ Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirilən növbədənkənar sessiyasında bir həftə ərzində azərbaycanlıların deportasiyası ilə bağlı qərar verildi.
Bu barədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.
O bildirib ki, Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycanlılara məxsus 702 toponim erməniləşdirilib. Təkcə Qərbi Zəngəzurda 70-dən çox kənddə, həmçinin Göyçə gölü hövzəsində azərbaycanlılar kompakt şəkildə yaşayırdılar. Qərbi Azərbaycanda soydaşlarımızın vaxtilə yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb.