İran Xəzəryanı ölkələri vahid təşkilat yaratmağa çağırdı...
Beş Xəzəryanı ölkə arasında əməkdaşlıq üçün vahid təşkilat yaratmaq lazımdır. Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə deyib.
"Xəzərdə beştərəfli əməkdaşlıq prosesini sürətləndirmək lazımdır. Biz həmçinin əminik ki, bütün qərarlar beş Xəzəryanı ölkənin konsensusu və razılığı ilə qəbul edilməlidir. Xəzər dənizini dostluq simvoluna çevirmək üçün, tərəqqi və inkişaf üçün kollektiv qarşılıqlı əlaqələri gücləndirməliyik. Biz "strukturlaşma yolu ilə getməliyik. Bu kontekstdə Xəzərdə əməkdaşlığın bütün sahələrini idarə və nəzarət edə bilən bir katibliyin və ya bir təşkilatın yaradılması imperativdir.", - deyib.