Xəzərin mühafizəsi üzrə xüsusi ekspert qrupunun ilk iclası Bakıda keçiriləcək - Nazir açıqladı
Bu il dekabrın 18-19-da Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının Katibliyinin fəaliyyətinin təşkili üzrə sənədlərin layihələrinin hazırlanması üzrə xüsusi ekspert qrupunun ilk iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bu, konstruktiv dialoqa və mövqelərin yaxınlaşmasına imkan yaradacaq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.
“Əminəm ki, ekspert qrupunun uğurlu fəaliyyəti bizə katibliyin Bakı şəhərində yerləşdirilməsi prosesinə başlamağa imkan verəcək”, - deyə o qeyd edb.