Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb
Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir.
Trend xəbər verir ki, iclas Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilir. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.
Qeyd edək ki, dekabrın 4-də Ceyhun Bayramov bu tədbirdə iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Səfər zamanı nazirin görüşdə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.