UEFA "AVRO-2024"-ün seçmə mərhələsinin ən yaxşı qolunu açıqladı
Futbol üzrə "AVRO-2024"-ün seçmə mərhələsinin ən yaxşı qolu açıqlanıb. UEFA-nın rəsmi saytında yer alan məlumatda deyilir ki, Qazaxıstan millisinin futbolçusu Asxat Taqıberqenin II turda Danimarka ilə görüşdə vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilib.
Yarımmüdafiəçi komandasının öz meydanında 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 86-cı dəqiqəsində cərimə meydançası kənarından qüvvətli zərbə ilə rəqibi məyus edib.
O, azərbaycanlı Emin Mahmudov, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgündən çox səs toplayıb.
Mətləb