Nyu-Yorkda bıçaqla azı 5 nəfər qətlə yetirilib
ABŞ-nin Nyu-York şəhərində bıçaqlı hücum nəticəsində ikisi yeniyetmə olmaqla azı beş nəfər qətlə yetirilib. ABC-nin yaydığı məlumatda deyilir ki, iki polis məmuru Kvins borosundakı bir evə göndərilib. Evdə ilkin suallardan sonra mətbəx bıçağı ilə onlara hücum edən, hər ikisini yaralayan və cavab olaraq güllələnən bir kişi aşkarlanıb.
11 yaşlı qız evin xaricində bıçaq xəsarətləri ilə tapılıb və daha sonra xəstəxanaya çatdırılarkən ölüb. Evin içində biri 12 yaşlı oğlan olmaqla üç meyit tapılıb. Həmçinin ağır yaralı qadın aşkarlanıb. ABC qeyd edir ki, şübhəli şəxs müəyyən edilib və əvvəllər məişət zorakılığına görə həbs edilib.
Mətləb