Ermənistan almadığı silahlara görə Rusiyanı məhkəməyə verəcək?..
Ermənistan Rusiyanı əvvəlcədən ödəniş olunduğu halda tədarük etmədiyi silahlara görə məhkəməyə vermək niyyətində deyil.
Trend xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sarkisyan parlamentdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu məsələ tərəfdaşlıq əlaqələri çərçivəsində həll edilməlidir.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan hökuməti Rusiyanın əvvəlcədən ödəniş almasına baxmayaraq, Ermənistana silah və hərbi texnikanı tədarük etmədiyini bildirib. Ermənistan tərəfinin məlumatlarına görə, söhbət 400 milyon dollardan gedir. Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən məbləğin Ermənistanın Rusiya qarşısındakı borc balansından silinməsi məsələsi üzərində işlərin aparıldığını bildirib.