Məhkəmələrdə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı dəyişdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda əlavə edilib:
“9-1. Məcəllənin 184.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
9-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri;
9-1.2. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”.