Minada əlil olanlarla şəhidlərin sosial ödənişlərində fərq olmayacaq - Nazir açıqladı
Şəhidlərimizlə mina partlayışı nəticəsində əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq.
Trend xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşələr Festivalının final mərhələsində Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanlar, şəhidlərimiz və mina partlayışı nəticəsində yaralanaraq öz əzalarını itirənlərin, yəni əlillik qazanan şəxslərin statusunda hər hansı bir fərq yoxdur. Onlara sosial ödənişlər bərabər şəkildə şamil olunur” - deyə, nazir bildirib.
Qeyd edək ki, 2020-ci ilin noyabrından bu günədək ümumilikdə 197 mina hadisəsi baş verib. Bu partlayışlar nəticəsində mina qurbanlarının sayı 337-yə çatıb. Bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.