Avropanın Tramp qorxusu - yenidən seçilsə nə olacaq?...
Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer bildirib ki, Avropa İttifaqının (Aİ) özünün nüvə silahından çəkindirmə qabiliyyətinə ehtiyacı var.
Almaniyanın Zeit qəzetinə verdiyi açıqlamada dünyanın dəyişdiyinə diqqət çəkən Yoşka Fişer deyib ki, Rusiya prezidenti Vladimir Putin də nüvə şantajı ilə işləyir: "Ümid edirəm ki, ABŞ və Avropa bir yerdə qalacaq, amma Donald Tramp yenidən seçilsə nə olacaq?".
Çəkindirmə qabiliyyətinin prioritet olduğunu vurğulayan Fişer daha sonra bildirir: "Bu, Ukraynanın bizə öyrətdiyi dərsdir. Ukraynanın təcili olaraq effektiv hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Avropa olaraq bizim də təcili olaraq effektiv hava hücumundan müdafiə sisteminə ehtiyacımız var. Bunu birlikdə etməliyik. Eyni zamanda kiber təcavüzə qarşı çəkindirici və müdafiə qabiliyyətinə də sahib olmalıyıq."
TAHİR