Lənkəran sakinlərindən 1 avtomat və 10 ədəd ov silahı götürülüb
Lənkəran sakinlərindən "Kalaşnikov" avtomatı və 10 ədəd ov silahı götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Polis əməkdaşları tərəfindən rayon sakinlərindən 1 ədəd “AKM” markalı avtomat, həmin silaha aid 1 ədəd patron darağı, 17 ədəd patron və 10 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.
Mətləb